Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Cənubi Qafqazdan birdəfəlik çıxması mümkündür?

Qarabağ ətrafında cərəyan edən proseslərin yekunlaşmamasının səbəbi Rusiyanın Cənubi Qafqazda mövcudluğudur...

Siyasi-şərhçi: “Dünyadan təcrid edilmiş, sanksiyalar altında qalan Rusiyanın eyni zamanda, Cənubi Qafqazdakı dayaqlarıda günü-gündən zəifləməkdədir”.

Rusiyanın Azərbaycanda yerləşdirdiyi oliqarx-komunist 5-ci kolonuda artıq demək olar ki, zərərləşdirilib”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Rusiyanın Cənubi Qafqazdan çıxması iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Qarabağ ətrafında cərəyan edən proseslərin yekunlaşmamasının səbəbi ilə bağlı bir sıra versiyalar səsləndirilir. Bəzi ekspertlər hesab edirlər ki, Rusiyanın Cənubi Qafqazdan birdəfəlik çıxması bu problemin həll edilməsi ilə nəticələnəcək.

Bəs indiki geosiyasi şərtlər altında Rusiyanın Cənubi Qafqazdan çıxması mümkün görünürmü?

Mövzunu Poliqon-un əməkdaşı AĞ Partiya mərkəzi aparatının rəhbəri, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Cənubi Qafqazdan Rusiyanın kənarlaşdırılması hamı üçün xeyirlidir”.

Rusiyanın bu bölgədə hakim olduğu illərdə biz yalnız müharibələr, münaqişələr və qan gördüyümüzü vurğulayan politoloq bu baxımdan Rusiyanın artıq əvvəlki Rusiya deyil və onların Qafqazdan tamami ilə çıxması ənın da yaxın gələcəkdə real görsəndiyini bildirib:

“Bildiyiniz kimi, Rusiya Ukraynaya hücum etməsi ilə bütün dünyadan təcrid edildi. Hərbi və iqtisadi gücünü itirməklə, nüfuzuna da xeyli zərbə dəymiş oldu. Dünyadan təcrid edilmiş, sanksiyalar altında qalan Rusiyanın eyni zamanda, Cənubi Qafqazdakı dayaqlarıda günü-gündən zəifləməkdədir.

Artıq Ermənistan da bu reallıqları qəbul edərək özünə yeni ağa axtarışındadır. Gürcüstan isə üzünü qərbə doğru artıq çoxdandan tutub. Azərbaycanda qardaş Türkiyə ilə çiyin-çiyinə dayanmaqdadır. Artıq 90-cı illərdə olduğu kimi Rusiya cənubi Qafqazda istədiyini edə bilmir. Azərbaycan Gürcüstan və Ermənistandan fərqli olaraq Rusiyadan torpaq itirərək deyil , əksinə 30 il ərzində işğal altında olan torpaqlarını geri alaraq ayrılır. Əzilmiş halda deyil, qalib olaraq müstəqil siyasətini yürüdür.

Bunu son illərdə Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətin nəticəsi olaraq da qiymətləndirə bilərik. Xarici siyasətlə yanaşı dövlətimiz daxildə də Rusiya agentləri ilə xeyli mübarizə aparırdı. Rusiyanın Azərbaycanda yerləşdirdiyi oliqarx-komunist 5-ci kolonuda artıq demək olar ki, zərərləşdirilib.

Kamran Məmmədli: “Türkiyənin günü gündən artan nüfuzu, Rusiyanın isə paralel düşüşü Ermənistanı da düşünməyə məcbur edir”.

Bütün bunların fonunda bölgədə R.T.Ərdoğanın başçılığı ilə güclənən Türkiyə görürük. Türkiyənin günü gündən artan nüfuzu, Rusiyanın isə paralel düşüşü Ermənistanı da düşünməyə məcbur edir. Bunun nəticəsi olaraq uzun illərdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə açıq ifadələrlə Qarabağı Azərbaycanın ərazisi kimi tanıdı və paralel olaraq Türkiyəyə Ərdoğanın and içmə mərasiminə qatıldı.

Hesab edirəm ki, Cənubi Qafqazdan Rusiyanın kənarlaşdırılması hamı üçün xeyirlidi. Rusiyanın bu bölgədə hakim olduğu illərdə biz yalnız müharibələr, münaqişələr və qan gördük. Bu baxımdan hesab edirəm ki, Rusiya artıq əvvəlki Rusiya deyil və onların Qafqazdan tamami ilə çıxması da yaxın gələcəkdə real görsənir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Ermənistanda yenidən Azərbaycana qarşı ərazi iddaları baş qaldırır...

Ən çox oxunanalar