Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı politoloq: "Bu silahların Ermənistana Rusiya tərəfindən verilməsinə çox heyfslənirəm"

“Mənim fikirlərim Rusiyada çox sayda insanın rəsmi KİV-də heç vaxt əksini tapmayan fikirlərdir. İnanın ki, rus xalqının, Rusiyada yaşayan başqa xalqların böyük əksəriyyəti həmişə sizin tərəfinizdə olub. Çünki biz haqq-ədalətin tərəfindəyik. Telekanalların səsi heç də Rusiyanın səsi demək deyil, bunu unutmayın”.

Bikirləri Ermənistan ordusunun raket hücumlarından zərər çəkmiş Gəncə şəhərinə səfəri zamanı rusiyalı politoloq, jurnalist, ictimai xadim Maksim Şevçenko dilə gətirib.

O, gecə yarısı yuxuda olan dinc şəhərə Ermənistanın raket hücumunu terrorçuluq olaraq dəyərləndirib:

“Burada və ətraflarda heç bir hərbi infrastruktur da yoxdur, guya hədəfə aldıqları hava limanı isə şəhərdən uzaqdadır. Burada yalnız mülki sakinlərin öldürülməsi, vahiməyə salınması var. Lakin onlar tamamilə başqa nəticəyə nail oldular. Azərbaycan xalqı, onsuz da, doğma torpaqlarını qaytarmağa can atırdı, indi Şuşanı da, başqa torpaqları da azad edənlər həm də burada terror hücumlarından ölənlərin də əvəzinə vuruşub, onların da qisasını alıblar”.

Rusiyalı jurnalist Azərbaycanın qələbəsini həm də dünyada haqq-ədalətin qələbəsi kimi səciyyələndirib:

“Dünyada haqsızlıq saysız-hesabsızdır. İmperializm sərhədləri dəyişdirmək, iqtisadi dividendlər əldə etmək üçün insanların üstünə raket və bombalar atmağı, onları öldürməyi rəva görür. Siz isə insanın, insan həmrəyliyinin, cəsarətinin daha güclü olduğunu sübut etdiniz. Gəncə sakinlərinə dərin hüznlə başsağlığı verirəm. Və həmin o silahların Rusiya tərəfindən verilməsinə görə çox heyfslənirəm. Cənubi Qafqazın sülh diyarı olmasına çalışacağıq. Bunu dinc yolla etmək istərdik, amma görünür ki, müharibəsiz mümkün olmur. Ümidvaram ki, o raketlərin buraxıldığı yerdə olanlar özünə gələrlər, nə etdiklərini, öz ölkələrini, xalqı, bütün Qafqazı haraya sürüklədiklərini başa düşərək hönkürüb göz yaşı axıdarlar”, – deyən M.Şevçenko Qafqaza sülh və əmin-amanlıq arzuladığını vurğulayıb.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Ruslar Krımı tərk etməyə başlatyıb: Ekspert qaçışın səbəblərini açıqlayıb...

Bıçaqlanmada ittiham olunan deputatlığa namizəd barədə cinayət işi açılıb – Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay