Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadan əxz olunan qanun layihəsi və Tbilisidə “Molotov kokteyli”…

Gürcüstanın Rusiyanın repressiv qanunlarını uyğulamaq cəhdi “Molotov kokteyli” ilə qarşıdurmalara səbəb olub…

Poliqon.info xəbər verir ki, Gürcüstan parlamentinin birinci oxunuşda qəbul etdiyi “xarici agentlər haqqında” qanun polislə toqquşmalarla müşaiyət olunan kütləvi etirazlara səbəb olub.

Qanun layihəsinin müəllifləri, hakim “Gürcü arzusu” partiyasının keçmiş üzvləri təkid edirlər ki, qəbul olunan qanun ABŞ-da “xarici agentlər haqqında qanun”dan da yumşaqdır. Lakin beynəlxalq insan haqları təşkilatları qanunun ABŞ-dakı kimi kölgə lobbiçiliyinə qarşı deyil, Rusiyadakı kimi vətəndaş cəmiyyətinə qarşı yönəldiyini təkid edirlər.

Səsvermə günü Gürcüstanın şəhərlərində etiraz aksiyaları keçirilib. Etiraz aksoyalarının ən böyüyü paytaxt Tbilisidə olub. Müşahidəçilərin fikrincə, Şota Rustaveli prospektinə 5-10 min insan toplaşıb. Etirazçılar parlament binasına basqın etməyə cəhd göstəriblər, polislə toqquşma zamanı onlar poliqsə məşəl və “Molotov kokteyli” atıblar. Polis nümayişçiləri dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib. Gürcüstan Daxili İşlər Nazirliyi səhər saatlarında 66 saxlanılan barədə məlumat verib.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin lehinə 76 deputat, əleyhinə 13 deputat səs verib, layihə qəbul olunarsa, Gürcüstanda 20%-dən çox xaricdən maliyyə alan QHT və KİV-lər “xarici agentlər” elan olunacaq və onlar bu məqsədlə yaradılmış reyestrə daxil ediləcəklər. Həmin “xarici agentlər”in xaricdən aldıqları maliyyənin qeydiyyatdan keçməsi məcburi olacaq. “Xarici agent” statusunda qeydiyyatdan yayınmağa görə 25 min lariyə qədər (təxminən 10 min dollar) cərimə nəzərdə tutulur.

Gürcüstan parlamentinə təqdim edilən “Xarici agentlərin qeydiyyatı haqqında” qanun layihəsinə görə də “xarici agent” statusunu təkcə KİV və QHT-lər deyil, istənilən fiziki və hüquqi şəxslər də ala bilər. İkinci qanun layihəsində fiziki şəxslər üçün beş ilə qədər həbs cəzasını nəzərdə tutur.

Qanun layihələrinin müəllifləri iddia edirlər ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ABŞ qanundan daha yumşaqdır. Gürcüstanın baş naziri İrakli Qaribaşvili qanun layihəsini dəstəkləyərək “ölkənin gələcəyinin nə xarici dövlətlərin agentlərinə, nə də xidmətçilərinə aid olmadığını, vətənpərvərlərin olduğunu” vurğulayıb.

Qanun layihəsi Qərb ölkələri və beynəlxalq ictimai təşkilatlar tərəfindən kəskin tənqid olunub. Dövlət Departamenti Gürcüstan və Amerika sənədləri arasında hər hansı əlaqəni təkzib edərək bildirib ki, Gürcüstan parlamentinə təqdim edilən qanun layihəsi daha çox Rusiya və ya Macarıstan qanunlarına əsaslanır.

ABŞ səfirliyi qanunla bağlı səsverməni “Gürcüstan demokratiyası üçün qara gün” adlandırıb və Aİ diplomatı Josep Borrell bildirib ki, “xarici agentlər” haqqında qanun Gürcüstanın Avropa İttifaqına daxil olmaq kimi bəyan etdiyi məqsədlə ziddiyyət təşkil edir. Beynəlxalq təşkilatlar Human Rights Watch və Amnesty International Gürcüstan parlamentini qanun layihələrini rədd etməyə çağırıb.

“Xarici agent qanunları Gürcüstanda geniş ictimaiyyətin maraqlarına xidmət edən müstəqil, xaricdən maliyyələşən qrupları və medianı marjinallaşdırmağa və nüfuzdan salmağa çalışır”, deyə Human Rights Watch-un Avropa və Mərkəzi Asiya direktoru Hugh Williamson bildirib.

ABŞ-da bu qanun ilk növbədə lobbiçilərin fəaliyyətini tənzimləyir və vətəndaş cəmiyyəti təşkilatlarını və medianı zəiflətmək üçün mexanizm rolunu oynamır. Human Rights Watch-un saytına görə, həmçinin qanun tamamilə və ya qismən xaricdən maliyyə almağı xarici təsir altında olmaqla eyniləşdirmir. Təşkilatın saytında Gürcüstanın qanun layihəsi Rusiya qanununa bənzəyir, 2022-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Avropa Konvensiyasının dinc toplaşmaq və birləşmək azadlığını təmin edən 11-ci maddəsini pozduğunu bildirilib.

Etirazçılara Gürcüstan prezidenti Salome Zurabaşvili dəstək verib və o, qanun layihəsinə veto qoyacağını bəyan edib. Ancaq parlamentdəki hakim partiya bunun öhdəsindən gələ və vetonu aşa bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə edilib

Makron yeni baş nazirlə bağlı məsləhətləşmələr aparacaq

Naxçıvanda saat 17:00-a olan seçici fəallığı 35,80 faiz təşkil edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay