Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Babadağ" ziyarətgahından qayıdarkən itkin düşən iki vətəndaş tapılıb

Şahdağ Milli Parkı ilə həmsərhəd olan "Babadağ" ziyarətgahından qayıdarkən yolu azan Kürdəmir rayonu Şilyan kənd sakini Cəsarət Məmmədov və Karrar kənd sakini Mirələm Mehdiyev tapılaraq ailələrinə təhvil verilib...

Bu barədə APA-ya Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən bildirilib.

Xidmətin rəisi Firuddin Əliyev bildirib ki, 28 iyul 2024-cü il tarixində milli parkla həmsərhəd olan ziyarətgahdan qayıdan iki vətəndaşın yağışlı və dumanlı hava şəraitində yolu itirərək azması ilə bağlı Şahdağ Milli Parkına məlumat daxil olan kimi dərhal operativ qruplar yaradılaraq bir neçə istiqamətdə axtarış işlərinə başlanılıb:

“Şahdağ Milli Parkının əməkdaşlarının səyi sayəsində 29 iyul tarixində səhər saat 8 radələrində itkin düşən vətəndaşlar Quba rayonunun Qarxun kəndi yaxınlığındakı yaylaq ərazisindən tapılaraq sağ-salamat ailələrinə təhvil verilib”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ən çox oxunanalar