Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Venesuelada prezident seçkilərində səsvermənin nəticələri ABŞ-ın öyrəndiyi müstəqil məlumatlarla üst-üstə düşmür və buna görə də Vaşinqton Latın Amerikası ölkəsinə qarşı sanksiyaları ləğv etməyəcək və yeni sanksiyalar tətbiq edə bilər...

Poliqon xəbər verir ki, bu barədə Reuters və Bloomberg Agentlikləri Amerika prezidenti Co Bayden administrasiyasının yüksək vəzifəli rəsmilərinə istinadən məlumat yayıblar.

Xatırladaq ki, iyulun 29-da Venesuela prezidenti Nikolas Maduronun qərargahı seçkilərdə onun qələbəsini elan edib. Müxalifət siyasətçinin qələbəsini tanımayıb və müxalifətin namizədi Edmundo Qonzalesi qalib elan edib. Müxalifət lideri Mariya Korina Maçado ordu qarşısında çıxış edərək Maduronun devrilməsinə çağırıb.

Bloomberg-in məlumatına görə, Edison Research (ABŞ) tərəfindən keçirilən exit-poll Edmundo Qonzalesin 30 faiz üstünlüklə qalib gəldiyini göstərib. Eyni zamanda, Hinterlaces kimi yerli firmalar öz exit-polllarında Maduronun liderliyini elan ediblər.

Reuters həmçinin qeyd edir ki, Bayden administrasiyası Maduroya təfərrüatlı səslər cədvəlini açıqlamaq üçün təzyiqi artırmaqda israr edəcək, əks halda beynəlxalq ictimaiyyət elan edilmiş nəticələri qəbul etməyə razı olmayacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Ərəb fondları Qazaxıstan iqtisadiyyatına 7 milyard dollar sərmayə qoymağı planlaşdırır

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ən çox oxunanalar