Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsraildə etirazçılar hərbi bazalara hücum ediblər...

İsraildə etirazçılar hərbçilərin həbsi səbəbindən hərbi bazalara soxulublar...

İsraildə etirazçılar fələstinli məhbusla pis rəftar etməkdə şübhəli bilinən əsgərlərin həbsinə görə “Sde Teyman” və “Beyt Lid” hərbi bazalarına basqın ediblər.

Poliqon xəbər verir ki, bu barədə İsrailin “Times of Israel” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, kütləvi etiraz aksiyaları baş nazir Benyamin Netanyahunun koalisiyasının sağçı üzvləri tərəfindən təhrik edilib və “Likud” partiyasından olan Knessetin (parlament) bəzi üzvləri digər etirazçılarla birlikdə hərbi bazalara daxil olublar.

Baş nazir Netanyahu, həmçinin İsrail Silahlı Qüvvələrinin komandanı Hersi Halevi, müdafiə naziri Yoav Qallant və prezident İshaq Hersoq iğtişaşları tənqid edərək, baş verənləri qanunsuz anarxiya ilə sərhəd olan aksiya adlandırıb və israilliləri sakit olmağa çağırıblar. Halevi şəxsən “Beyt Lid” bazasına gəlib və orada vəziyyəti qiymətləndirib.

Etirazçılar dağıdılıb, həbslər və xəsarət alanlar barədə məlumat yoxdur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Məzahir Pənahov: "İndiyə qədər yazılanlar bizi maraqlandırmır"

Ən çox oxunanalar