Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Çin Yaxın Şərqdə güc tarazlığını dəyişib

Tarixin bu mərhələsində bu dövlətlər rəqabət aparmır, ortaqlıq edir...

Tom O`Konnor

“Newsweek”, 22.10.2019

ABŞ-ın Suriyanın şimalındakı mövqelərini tərk etmək qərarı sadəcə prezident Donald Trampın qəfil addımı deyil, həm də Rusiya və Çinin Yaxın Şərqdə güc tarazlığını sistemli dəyişməsinin nəticəsi idi.

Suriyanın şimalındakı Mənbic şəhərinin, ilk dəfə “Newsweek” tərəfindən bildirildiyi, Rusiya qüvvələrinə təhvil verilməsi bu tendensiyada rəmzi bir məqam, Pentaqonun işğal etdiyi bir sıra sərhəd nöqtələrinə SuriyaRusiya qoşunlarının daxil olmasını təsdiqləyən hərəkət idi. Bu, Vladimir Putinin ABŞ-ın iki yaxın ortağı, Rusiyanın bölgədəki çəkisinə getdikcə inanan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfərləri ilə eyni vaxtda baş verib.

Oktyabrın 22-də Vaşinqtonun vasitəçiliyi ilə Türkiyə rəhbərliyi və kürd qüvvələri arasında qurulan, uğursuz, 5 günlük atəşkəs müddəti başa çatdıqda, Rusiya prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə daha davamlı bir həll tapacağı ümidi ilə masa arxasına keçib. Onillik boyu davam edən münaqişəni həll etmək üçün Rusiya lideri yenə də yükü çiyinlərinə almalı, özünü sülhməramlı kimi təsdiqləməli idi.

“Son bir neçə gün Yaxın Şərq siyasətində yeni bir dövrün başlanğıcını qeyd edir”. Bunu “Newsweek”-ə Rusiya Şurasının eksperti və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi Maksim Suçkov bildirib. “Rusiya, həqiqətən, yeni bir ofşor balansçısı və bölgədəki güc brokeri kimi imicini gücləndirib, Suriyada bəzi yeni alətlər əldə edib, lakin onlar hələlik kapitallaşdırılmayacaq”.

Rusiyanın 2015-ci ildə Suriyaya müdaxiləsinin vaxtı bir sıra səbəblərdən strateji idi. Suriya prezidenti Bəşər Əsədin İranın köməyi ilə səfərbər edilmiş hərbi qüvvələri cihadçıların getdikcə daha çox məskunlaşdığı ərazidə qiyamla üzləşmişdi. Eyni zamanda, ABŞ islamçı hakim müxalifətlə ittifaq qurmuş və İŞİD-ə qarşı mübarizə aparmaq üçün kürdlərin rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri” ilə tərəfdaşlıq edirdi.

Moskva əvvəldən 2011-ci ildə “Ərəb baharı” etirazlarının qısa zamanda vətəndaş müharibəsinə çevrildiyi iki ölkədən biri olan Suriyada Vaşinqtonun dizaynına şübhə ilə yanaşıb. İlk ölkə Müəmmər əl-Qəddafinin rəhbərlik etdiyi Liviya idi.

Rusiya Liviya ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qətnaməsinə səs verməyib və Qədaffinin süqutundan təsirlənərək, sovet dövründəki digər tərəfdaşı, ən azı iki Rusiya hərbi bazasına sahib olan Suriyada Əsədin dayanıqlığını təmin etməyə çalışıb. Rus qoşunları müharibənin gedişatını yaxşılaşdırdıqda, hətta NATO üzvü olan Türkiyə müxalifətə azca təsir göstərmək üçün üçtərəfli sülh danışıqlarına qoşulub.

Vaşinqton bu danışıqları boykot edib, bu, əsasən, Əsədin iqtidardan getməsi tələbi və İrana düşmənçiliklə əlaqədardır. Rusiya qüvvələrinin Suriyada ABŞ mövqelərini ələ keçirməsi və Putinin bölgə liderləri, o cümlədən Ərdoğanla görüşləri Moskvanın hegemoniyası deməkdir. Bu, ekspertlərin fikridir.

Maksim Suçkov deyib: “Moskvanın Yaxın Şərqə sahib olmaq niyyəti və ya bunu etməyə imkanları yoxdur. Rusiyanın strateji oyun planı ABŞ-ın hegemon olmayacağı, lakin daha çox Qərb olmayan dövlətlərin oynayacaqları polisentrik dünya nizamı qurmaqdır”.

Oksford Universitetinin doktorant namizədi Samuel Ramani bununla razılaşıb. “Newsweek”-ə açıqlamasında o bildirib: “Rusiyanın ABŞ-ı əvəz etməyə çalışdığına dair ortaq yanlış fikir var. Əslində, Rusiya təhlükəsizlik qarantı olmağa çalışmır. Gördüyünüz şey, Yaxın Şərqdə getdikcə artan üçlü bir sistemdir: təhlükəsizlik qarantı – ABŞ, bölgədə böyük iqtisadi güc olaraq ortaya çıxan –Çin və gərginliyin azalmasında rol oynaya biləcək yeganə aktyor olaraq – RusiyaRusiya Çinlə iqtisadi cəhətdən bərabər olmağa çalışmır və ABŞ-a rəqib olacaq gücə sahib deyil, buna görə də, böhran diplomatiyasında özünəməxsus yer tapır”.

Dəməşq adından Suriya münaqişəsinə qoşulandan bəri Moskva təxminən hər bir əsas oyunçu ilə açıq əlaqə saxlayır. Bura Əsədi dəstəkləyən İran, eləcə də müxalifəti dəstəkləyən, İslam Respublikasının iki regional regional düşməni olan İsrail və Səudiyyə Ərəbistanı daxildir.

Türkiyə və İranı bir araya gətirən Astana prosesi yalnız Rusiyanın mərkəzi mövqeyini möhkəmləndirib. Müxalifət də prosesə cəlb olunub. “Suriya Demokratik Qüvvələri” ABŞ-ın dəstəklədiyi yeni Suriya konstitusiyasının yaradılması üçün danışıqlardan kənarda qalsa da, Moskva kürd qüvvələri ilə ayrılıqda münasibətlərini davam etdirib və o vaxtdan bəri Dəməşqlə danışıqların asanlaşdırılmasında mühüm bir varlıq olduğunu isbatlayıb.

Ramani deyib: “O, hər kəslə danışa biləcək yeganə ölkədir. Moskva İsrail və İran, YPG və Suriya ordusu ilə bunu edir. Əslində, otaqdakı insanları bir araya gətirir. Rusiya Səudiyyə Ərəbistanı ilə İran arasında ortaq ünsiyyət dili tapır. Liviya və Yəmən böhranlarında rolunu genişləndirir”.

Ərəbistan yarımadasının sünni-müsəlman monarxiyaları uzun müddət ABŞ xarici siyasətinin yaxın tərəfdaşları olub və Trampın İran əleyhinə ritorikasını dəstəkləyiblər. Neft tankerlərinə və Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlar Fars körfəzi bölgəsində qarşıdurma riskini artırır, Ramani bu əsnada Moskvanın potensial nüfuzlu hakimi olaraq göründüyünü bildirib.

Rusiya yumşaq gücə çox fəal investisiya edir, ərəb liderlərinə və ictimaiyyətə də müraciət edir. O, insan hüquqları və avtoritarizm baxımından bu ölkələrin daxili işlərinə müdaxilə etmir. Bu, dövlətlərinin təbiətindən daha çox dövlət sivilizasiyasına əhəmiyyət verir, daxili işlərinə qarışmır”.

Moskva Ərəb Birliyini 2011-ci ildə Suriyanı insan hüquqlarının pozulması ilə əlaqədar çıx-daş etməsi qərarını ləğv etməyə çağırarkən, Ramani bunu Rusiyanın İran və Türkiyəyə qarşı hedcinq olaraq ərəb ölkələrini Suriyaya cəlb etmə məqsədi sayır.

Çin bölgənin beynəlxalq dinamikasının təkamülündə daha səssiz tərəfdaş rolunu oynayıb. Asiya, Afrika və Avropanın kəsişdiyi Yaxın Şərq Çin prezidenti Si Zinpinin “Bir kəmər-Bir yol Təşəbbüsü”ndə mühüm bir qovşaqdır; o, region vasitəsilə infrastruktur layihələrinin qitələrarası şəbəkəsini yaratmağa çalışır.

Suriyanın yenidənqurulması Yaxın Şərqdə Çin kapitalının genişləndirilməsi üçün böyük bir fürsət ola və Rusiya hərbi obyektlərinə ev sahibliyi etməklə yanaşı, Suriyanın Tartus və Latakiya limanları da tezliklə böyük Çin sərmayəsinə şahidlik edə bilər. Pekin Livanın Tripoli limanına satışına əlavə diqqət yetirir və artıq Aralıq dənizinin cənubunda, İsrailin Hayfa limanında maliyyə varlığını qurub.

Qlobal planın rəsmi onlayn portalı “Bir kəmər-Bir yol Təşəbbüsü”ndə əməkdaşlıq formasına girmiş 138 ölkənin adını çəkir. ABŞ, xüsusən Pekin və Vaşinqtonun qlobal ticari müharibə apardığı bir dövrdə, buna böyük təhlükə olaraq baxır.

Çin ABŞ-ın sanksiyalarına zidd olaraq İranın ən yaxşı ticarət tərəfdaşı olaraq qalır, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini də çox milyard dollarlıq sövdələşmələrlə qoşub. Pekin, eyni zamanda, Moskvanın İran və ərəb qonşularını bir araya gətirməsi və dənizdəki neft daşımaları üçün dünyanın ən vacib nöqtəsində sabitliyin təmin edilməsi üçün hazırlanmış “Ümid Koalisiyası”, ya da “Hörmüz Barışıq Sazişi” kimi bənzər regional təhlükəsizlik çərçivəsi çağırışını alqışlayıb.

Dünya səhnəsindəki ayrı-ayrı yüksəlişlərə əlavə olaraq, Rusiya və Çin, ən azından əlaqələrinin bu mərhələsində rəqabət deyil, əməkdaşlıq etməyə çalışır – hər ikisi tərəfindən bu, “tarixin ən yaxşı dövrü” hesab olunur. Hind okeanında keçiriləcək Rusiya-Çin-İran hərbi-dəniz təlimlərinin statusu qeyri-bəlli qalsa da, Pekin Avrasiya İqtisadi Birliyi ilə iqtisadi əlaqələrini inkişaf etdirmək istəyir, Moskva ilə misli görünməmiş bir tempdən bəhrələnir. Birliyin yeni üzvü isə İrandır.

Yaxın Şərqdə 20 illik açıq qarşıdurmadan sonra Tramp ABŞ-ın “sonsuz müharibələr”dən yorğunluğu etiraf edib. Suriyadan çıxma qərarını müdafiə edərək, ABŞ lideri keçən həftə “Rusiya, Çin və ya Napoleon Bonapart”ın Suriyada kürd qüvvələrinə Türkiyəyə qarşı mübarizədə kömək etməsini istəyib. Lakin artıq ölü olan Fransa lideri bir kənara, ABŞ-ın tərk etdiyi məkanda iki ortağın uğurlu olub-olmayacağını gözləməliyik.(Tərcümə: Strateq.az)

pia.az


Etiket: Rusiya Çin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

Ən çox oxunanalar