Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ilə Ukrayna arasında uğursuz vasitəçilik cəhdləri... - Türkiyə və İsrailin həmləsi...

Tarixində ilk dəfə vasitəçik etməyə cəhd edən İsrailin bu həmləsi nəyə hesablanıb?...

Siyasi şərhçi: “İsrailin Rusiya ilə Ukrayna arasında vasitəçilik etməsi təklifi ilk növbədə, bu ölkənin beynəlxalq siyasi gündəmdə öncül rola sahib olduğunu sübut etmək məqsədini daşıyır”.

“Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın da münasibətləri normallaşdırmaq üçün qarşılıqlı addım atması hər iki ölkənin, həm Ankaranın, həm də Qüdsün yeni siyasi paylaşım cinahını tutduqlarını nümayiş etdirir”.

Bu sözləri siyasi şərhçi Rövşən Rəsulov Rusiya ilə Ukrayna arasında İsrailin vasitəçi olmaq istəyini PİA.az-a şərh edərkən qeyd edib.

Ötən həftə Rusiya ilə Ukrayna arasında vasitəçilik missiyasını həyata keçirməyə cəhd edən ölkələrdən biri də İsrail oldu. İsrail tarixində ilk dəfəydi ki, bellə bir vasitəçilik missiyası ilə çıxış edirdi və bu missiya təbii olaraq dünyanın bir çox paytaxtlarında maraqla qarşılandı. Lakin Naftali Bennetin Moskvaya gizli səfər edərək Putinlə görüşməsi Rusiya prezidentinin qəararlarında heç bir dəyişiklik yaratmadı və görünənə görə İsrailin ilk vasitəçilk cəhdi uğursuz oldu.

Qeyd edək ki, hələ müharibə başlamamışdan, gərginliyin yüksəldiyi dönəmdə Türkiyə də öz vasitəçilik missiyasını irəli sürmüş və Putinlə Zelenskinin Ankara, ya da İstanbulda görüşünü təşkil etməyə hazır olduğunu bildirmişdi. Müharibə başladıqdan sonra da bu təklif öz qüvvəsini saxlamaqdadır. Qeyd edək ki, bu gün Antalyada Rusiya xarici İşlər naziri Sergey Lavrovla Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında danışıqlar baş tutacaq. Lakin Antaliyadakı masada da müharibənin dayandırılması üçün hər hansı ciddi bir irəliləyişin olacağı da gözlənilmir.

Xatırladaq ki, Belarus-Polşə sərhədində Rusiya-Ukrayna nümayəndə heyətləri arasında danışıqların sayca üçüncü raundu da geridə qaldı. Görünən odur ki, Ukrayna və Rusiya artıq bir-birinə inanmır. Vasitəçilər olmadığı təqdirdə tərəflərin humanitar məsələlər xaric müəyyən bir razılığa gəlməsi də real görünmür.

Bəs uğursuz da olsa, tarixində ilk dəfə vasitəçik etməyə cəhd edən İsrailin bu həmləsini necə dəyərləndirmək olar və İsrailin beynəlxalq məsələrin həllində rol alması nədən xəbər verir? Bu həmlə Qərb ölkələrinin Türkiyənin vasitəçiliyinə qarşı edilən bir həmlə ola bilərmi? Eyni zamanda Türkiyənin vasitəçiliyi Antalyada Rusiya-Ukrayna arasında etimad yaranmasına azacıq da olsun yol aça bilərmi?

Bu mövzuları PİA.az-ın əməkdaşı siyasi şərhçi Rövşən Rəsulov ilə müzakirə edib.

Rövşən Rəsulov: “İsrail beynəlxalq aləmə mesaj yollayaraq deyir ki, yeri gələndə xarici münasibətlər fonunda istənilən münaqişələrə, qarşıdurmalara, yaxud siyasi problemlərə vasitəçilik edə bilərəm”.

Qərbin İsraili Türkiyəyə qarşı öz maraqları naminə istifadə etdirə bilsməsinə inanmadığını vurğulayan siyasi şərhçi PİA.az-a açıqlamasında qeyd edib ki, İsrail vasitəçilik missiyasına öz maraqları çərçivəsində qatılıb:

“İsrailin Rusiya ilə Ukrayna arasında vasitəçilik etməsi təklifi ilk növbədə, bu ölkənin beynəlxalq siyasi gündəmdə öncül rola sahib olduğunu sübut etmək məqsədini daşıyır. Bu baxımdan, MoskvaKiyevin hazırda barışmaz münaqişələri fonunda İsrailin ilk dəfə vasitəçilik etməsi həm də onun üçün bir çətin sınaq kimi də qiymətləndirilə bilər.

Digər tərəfdən, nəzərə alsaq ki, bu gün İsrailin özündə həm daxili, həm də xarici siyasi problemlər yaşanır. Xüsusilə, Fələstin məsələsi uzun illərdir Qüdsün (Yerusəlimin) ciddi başağrısına çevrilib. İsrail üçün digər önəmli və həyati əhəmiyyətli məsələ isə İranın nüvə proqramıdır. İsrail Rusiya-Ukrayna müharibəsi fonunda İrana olan təzyirlərin azalmasından ehtiyat edir və yaranan bo.şuqdan ümumiyyətlə Tehranın yararlana biləcəyindən çəkinir. Ona görə də İsrail İranın bu müharibədən yayrlanmasını minimuma endirməyə çalışır.

Eyni zamanda İsrailin Rusiya ilə də, Ukrayna ilə də çox yaxşı münasibətləri var və təbii ki, Benet bu münasibətlərdən çıxış edərək, tərəflər arasında vasitəçi kimi çıxış edir. Bu zaman həm də belə nəticəyə gələ bilərik ki, İsrail beynəlxalq aləmə mesaj yollayır. Misal üçün, deyir ki, Fələstin problemi mənim daxili işimdir və yeri gələndə xarici münasibətlər fonunda istənilən münaqişələrə, qarşıdurmalara, yaxud siyasi problemlərə vasitəçilik edə bilərəm.

Rövşən Rəsulov: “MoskvaKiyevin hazırda barışmaz mövqeləri fonunda İsrailin ilk dəfə vasitəçilik etməsi həm də onun üçün bir çətin sınaq kimi də qiymətləndirilə bilər”.

Sirr deyil ki, Rusiya-Ukrayna münaqişəsində başqa dövlətlər də vasitəçilik etməyə çalışırlar. O cümlədən, Türkiyə də bu məsələdə ayrıca mövqeyə sahibdir. Bildiyimiz kimi, dünən İsrailin prezidenti İshaq Hersoq Türikiyəyə rəsmi səfər edib və ölkələr arasında artıq illərdir ki, davam edən məlum problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır. Bu da Yaxın Şərqdə yeni balansın formalaşmasından xəbər verir. Bu xüsusda, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın da münasibətləri normallaşdırmaq üçün qarşılıqlı addım atması hər iki ölkənin, həm Ankaranın, həm də Təl-Əvivin yeni siyasi paylaşım cinahını tutduqlarını nümayiş etdirir. Əslində onlar Avropa ölkələrindən daha çox vasitəçi ola biləcəklərini atdıqları qarşılıqlı addımları vasitəsi ilə sübuta yetirməyə çalışırlar. Çünki Qərb Rusiya-Ukrayna münaqişəsində tərəf olaraq çıxış edir.

Təbii ki, Qərb Türkiyədən daha çox İsrailə yaxındır və hesab etmirəm ki, Qərb İsraili Türkiyəyə qarşı öz maraqları naminə istifadə etdirə bilsin. İsrailin bu addıma gedəcəyini də istisna edirəm. Münasibətlərin normallaşması fonunda bu, mümkün görünmür. Ona görə də hesab edirəm ki, İsrail vasitəçilik missiyasına öz maraqlarına görə qatılıb.

Rövşən Rəsulov: “Əgər Ankara bu məsələdə az da olsa irəliləyiş əldə edə bilərsə, Türkiyənin regional gücdən beynəlxalq gücə çevrilməsi iddiaları öz təsdiqini tapacaq”.

Təəssüf ki, Rusiya-Ukrayna münaqişəsi dövründə reallaşdırılan danışıqlar nəticəsiz qalır və bu prosesin növbəti fazalarla əvəz olunması da münbit sonluq təsirini bağışlamır. Əksinə, müharibənin miqyası daha da böyüyür. Demək olar ki, Moskva ilə Kiyev arasında bütün körpülər yandırılıb. Rusiya qoşunlarının humanitar dəhlizləri atəşə tutması, mülki əhalinin öldürülməsi isə belə deməyə zəmin yaradır ki, bu münaqişənin ağır nəticələri istər iqtisadi, istər siyasi, istərsə də mənəvi cəhətdən - bundan sonra hələ uzun illər aradan qalxmayacaq.

Türkiyə faktorunun vasitəçiliyinə gələndə isə, bu ölkənin həm Ukrayna, həm də Rusiya ilə fərqli cəhətlərdən müəyyən strateji əməkdaşlıqlara malik olması sözügedən prosesə müəyyən xəfif təsirlərini göstərə bilər. Bir daha qeyd edək ki, artıq münaqişə ən ağır fəsadları ilə yadda qalıb və ölkələr arasında qarşılıqlı anlaşma faktorunun yaranması çox çətin görünür. Əgər Ankara bu məsələdə az da olsa irəliləyiş əldə edə bilərsə, Türkiyənin regional gücdən beynəlxalq gücə çevrilməsi iddiaları öz təsdiqini tapacaq.

Rövşən Rəsulov: “Qərbin nə deməyindən asılı olmayaraq, Türkiyə öz qətiyyətini göstərəcək. Hər halda, həm Ukrayna, həm də Rusiya Ankaranın vasitəçilyinə öz razılıqlarını veriblər”.

Bu baxımdan, onu da hesab etmək olar ki, bu gün KiyevMoskva arasında ən münbit vasitəçi məhz Ankaradır. Bəli, Qərb bunu istəməyə bilər, amma unutmamalıyıq ki, Qərbin nə istəyib-istəməməyindən asılı olmayaraq, hətta Ukrayna prezidenti Zelenski də bu qütbü tənqid atəşinə tutur. Məsələn, NATO-nu açıq dəstək göstərməməkdə ittiham edib, yaxud Avropa İttifaqı ölkələrinin Ukraynanın hava məkanlarını Rusiyanın üzünə bağlaması ilə bağlı qərar verməkdə aciz olduqlarını vurğulayıb.

Ona görə də, Qərbin nə deməyindən asılı olmayaraq, Türkiyə öz qətiyyətini göstərəcək. Hər halda, həm Ukrayna, həm də Rusiya Ankaranın vasitəçilyinə öz razılıqlarını veriblər və etimad göstərdiklərini bildiriblər. Ümid edək ki, bu gün Antalyada bu vasitəçilik az da olsa, səmərəli nəticələrə gətirib-çıxaracaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Bakıda evə basqın olub, polis şübhəli şəxsi zərərsizləşdirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay