Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rumıniya Türkiyədən 321 milyon dollarlıq PUA alır

Rumıniyanın Milli Müdafiə Nazirliyi Türkiyənin pilotsuz təyyarə maqnatı “Baykar”la “Bayraktar TB2” pilotsuz uçan aparatlarının (PUA) alınması üçün 321 milyon dollarlıq müqavilə imzalayıb...

Poliqon Daily Sabah-a istinadən xəbər verir ki, “Baykar”ın baş meneceri Haluk Bayraktar da müqaviləni təsdiqləyib. O, uzunmüddətli dostluq və qarşılıqlı etimada əsaslanan güclü əlaqələri olan Rumıniyanın yüksək texnologiyalı "Bayraktar TB2"ni qəbul edən ölkələr siyahısına qoşulduğunu deyib.

Onun sözlərinə görə, bununla “Bayraktar TB2”lər üçün ixrac müqaviləsi imzalayan ölkələrin sayı 28-ə çatıb.

“Biz “Baykar” olaraq Rumıniya ilə birlikdə 2 Avropa İttifaqı və 3 NATO üzvü ölkəsinə ixrac etməkdən qürur duyuruq”.

Ötən ilin avqustunda yerli media Rumıniya Milli Müdafiə Nazirliyinin üç pilotsuz təyyarə paketi almağı hədəflədiyini bildirmişdi. Bunun üçün parlamentin 300 milyon dollarlıq büdcəni təsdiqləməsi gözlənilirdi.

Müdafiə məhsulları üzrə ixtisaslaşmış açıq mənbələrə görə, “Bayraktar TB2” pilotsuz təyyarələrinin qiyməti avadanlıqdan asılı olaraq 1 milyon dollardan 5 milyon dollara qədər dəyişir.

“Bayraktar TB2” 2014-cü ildə Türk Silahlı Qüvvələrinin (TSK) inventarına daxil olaraq, texniki xüsusiyyətlərinə və istifadə etdiyi əməliyyatlara görə dünyada öz sinfinin ən yaxşısı kimi tanınır.

Bu PUA-lar Suriyada Türkiyə ordusu tərəfindən Rusiyanın dəstəklədiyi rejim qüvvələrinə qarşı və Azərbaycan tərəfindən Qarabağın azad olunması əməliyyatlarında effektivliyini sübut edib.

Onlar hazırda Ukrayna ordusu tərəfindən Rusiya ilə davam edən müharibədə müdafiə məqsədləri üçün fəal şəkildə istifadə olunur.

Hazırda Rumıniyanın inventarında ən müasir döyüş pilotsuz təyyarələri yoxdur.

Bunları aldıqdan sonra Rumıniya Türkiyə xaricində, Polşadan sonra TB2-lərdən istifadə edən ikinci Avropa İttifaqı dövləti və bu pilotsuz təyyarələri əldə edən üçüncü NATO üzvü olacaq.

2023-cü ildə müdafiə büdcəsini ümumi daxili milli məhsulun (ÜDM) 2,5%-ə çatdırmağı planlaşdıran Rumıniya ordusunu yeni hərbi texnika və silah sistemləri almaq niyyətindədir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Əri tərəfindən binadan atılan Ayşənin görüntülərini yayan "Xaqocan" həbs

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

“Linkoln”un baş məşqçisi: “Qarabağ” çox güclü idi

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Ən çox oxunanalar