Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi Tehrandan da Ankaraya etiraz

"Əməliyyatı dərhal dayandırın və ordunu geri çəkin"...

Türkiyə Ordusunu Suriyanın şimalında PYD/YPG terrorçularına qarşı başlatdığı “Barış Pınarı” əməliyyatına Ərəb Birliyi ölkələri ilə yanaşı, İrandan da etiraz gəlib.

Strateq.az “Haberler.com”a istinadla xəbər verir ki, bu gün İran Xarici İşlər Nazirliyi əməliyyatla bağlı bəyanat yayıb.

Bəyanatda əməliyyata etiraz olunub: “Türkiyə hücumu dərhal dayandrımalı və Suriyadakı hərbçilərini geri çəkməlidir”.

Xatırladaq ki, ötən gün İranın Xarici İşlər naziri Cavad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonda apardığı müzakirədə də əməliyyata etiraz edib. O, hərbi əməliyyata qarşı olduqlarını bildirərək, Suriyanın ərazi bütövlüyünə hörmət tələb edib.

Qeyd edək ki, YPG/PYD terrorçuları Türkiyənin 430 km uzunluğundakı sərhədi boyunca yerləşərək, orada terror dalğası əsdirir. Məhz bu, eyni zamanda, Türkiyəyə sığınmış 3 milyondan çox suriyalı köçkünün öz torpaqlarına təhlükəsiz formada geri qaytarılması səbəbindən Ankara belə bir əməliyyata başlamaq məcburiyyətində qalıb. Maraqlı budur ki, İran bu dəfə Ərəb Birliyi ölkələri ilə eyni mövqe göstərərək, Türkiyənin bu əməliyyatına qarşı çıxıb.

Onu da qeyd edək ki, bu gün Ərəb Birliyi də bəyanat yayaraq, əməliyyata etiraz edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı olub - Yenilənib

Ən çox oxunanalar