Çərşənbə axşamı, 09 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qırğızıstan prezidenti: SSRİ-nin dağılandan sonra ölkədə neoliberal ideologiya geniş yayılıb...

Qırğızıstan neoliberal ideologiyadan məyus olub...

Poliqon xəbər verir ki, bunu ölkə prezident Sadır Japarov "Jani Kadam" sosial səfərbərliyə dair ümummilli müşavirədə bildirib.

O, SSRİ-nin dağılmasından sonra Qırğızıstanda neoliberal ideologiyanın geniş yayıldığını, ona görə bazar iqtisadiyyatının "görünməz əli"nin "inkişaf möcüzəsi" yaratmalı olduğunu bildirib.

"Biz bu prinsipə kor-koranə inanmaqla uzun illər sərf etmişik. Bizə deyirlər ki, dövlət pis idarəçidir, hökumət iqtisadiyyatda heç bir rol oynaya bilməz. Bu, sadə insanların mənafeyinə zidd olan saxta ideologiyadır. Biz şahidi olduq ki, inkişaf olmayıb, ölkəmiz talan edilib, dağıdılıb, demək olar ki, yox olub. Artıq belə olmamalıdır ki, çünki yalnız müəyyən bir qrup insan varlanır", deyə prezident qeyd edib.

Sadır Japarov son üç ildə əldə edilmiş bəzi göstəriciləri misal çəkib: dövlət gəlirləri demək olar ki, 3 dəfə, ÜDM 2 dəfə artıb, Qırğızıstan əmək haqqı artımına görə Avrasiya İqtisadi İttifaqında liderdir.

Bişkekdə "Jani Kadam" sosial səfərbərliyə dair ümumrespublika toplantısı keçirilir. Burada ölkənin yüksək səviyyəli rəhbərləri və bütün regionlardan Sosial Müqavilə proqramının nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, neoliberalizm siyasi iqtisad və fəlsəfə elmlərinin birgə yeni istiqamətidir. Neoliberalizm liberalizmdən fərqli olaraq iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinə etiraz etmir. O da liberalizm kimi bazar münasibətlərinə və azad rəqabətə iqtisadi inkişafın və sosial ədalətin əsas vasitəsi kimi baxır. Neoliberalizm qloballaşmanın ikinci dövrünün başlanması ilə yaranıb. O XX əsrdə bizneslə əmək arasında əməkdaşlığı və rəqabətlə dövlət tənzimlənməsinin vəhdəti nəzərdə tutan sosial-liberalizm ideyasına etiraz kimi yaranıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zirəddin Rasimin ölümü ilə bağlı həqiqətləri açdı - "Boğulmayıb..." - Video

Ata 13 yaşlı qızına təcavüz etdi: 18 il həbs olundu

Bakıda sünnət edilən 4 aylıq körpənin ölümü ilə bağlı təfərrüat

Azərbaycanda 2024-cü ildə qız və oğlanlara qoyulan ən populyar adlar məlum olub

Lalə Məmmədova: “Hamilə olarkən ərim məni xəbərsiz boşadı” - Video

Sabah bu rayonların qaz təchizatında məh8dudiyyət olacaq

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirilib

"YouTube"da ən çox dinlənilən mahnılar hansılardır?

Ən çox oxunanalar