Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ probleminin yenidən “Kazan” prinsipləri ilə həllinə yönəlirik?

Politoloq: “Rusiya son iki ildə Ermənistanda siyasi proseslərin onun əleyhinə olduğununun fərqindədir”...

“Sülhməramlı qüvvələrini yerləşdirilməsi planındadır. Amma bu birtərəfli olmaz . Azərbaycan buna imkan verməz”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə ATƏT-in Minsk Qrupunda ABŞ-dan həmsədr olmuş Metyu Brayzanın Qarabağla bağlı son fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ-ın Azərbaycanda keçmiş səfiri, ATƏT-in Minsk Qrupunda ABŞ-dan həmsədr olmuş Metyu Brayza Rusiyanın gözləmə mövqeyini şərh edərkən bildirib ki, Kremlin əsas məqsədi öz hərbçilərini “sülhməramlı” adıyla regiona yerləşdirməkdir.

“Fikrimcə, Rusiyanın hərbi baxımdan Dağlıq Qarabağ münaqişəsinə qatılmaq marağı yoxdur. O, qərəzsiz vasitəçi kimi görünmək istəyir. Sonucda, məncə, Moskva Azərbaycanı Rusiya sülhməramlıları məsələsinə razı salmaq istəyir. Bu, Rusiyaya, illər, onillər boyunca bütün regiona təsir göstərmək imkanı verəcək”, – o vurğulayıb.

Keçmiş səfirin sözlərinə görə, Moskva ətrafında Paşinyanı görmək istəmir, onun hakimiyyətdən uzaqlaşmasını istərdi.

Brayza deyib ki, etnik ermənilərin nəzarətində olan torpaqlar əldən gedərsə, bu, Ermənistan millətçilərini qəzəbləndirər və Paşinyanın rəqiblərinin ona qarşı hərəkətə keçməsinə yol açar.

“Ona qarşı, çox güman Moskvanın təşkilatçılığı ilə hansısa qiyam görsəm, buna təəccüblənmərəm. Başqa sözlə, Moskva düşünüldüyündən daha ciddi oyun oynayır”, – Brayza vurğulayıb.

Hazırda aparılan müharibənin nəticələri fonunda münaqişənin yenidən “Kazan” prinsipləri ilə həllinə ehtimal var?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Azərbaycan və Türkiyənin təklifi əsasında yeni həll formulu qəbul edilməlidir”.

“Kazan” forumulu və digərlərinin Azərbaycanın bir sıra məqamda əleyhinə olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında bildirib ki, artıq Azərbaycan güclü tərəfdədir və heç bir həll formulalarını qəbul etməməlidir:

Rusiyanın ilk gündən neytral mövqeyini saxlayır. Düşünürəm ki, burada Türkiyə-AzərbaycanRusiya arasında razılaşma olsada, Moskva daha əvvəllər olduğu kimi Türkiyənin regionda qarşını ala bilmədiyinə görə reallıqla barışdı. Rusiya artıq hesab edir ki, regionda Qarabağ məsələsində neytral qalmaqla Türkiyə-Azərbaycanla sıx siyasi əlaqələrini gücləndirsin.

Məsələnin digər tərəfi isə, Ermənistanda artan anti-Rusuya isteriyasi və cəbhəsidir. Erməni xalqı Rusiyanı deyil, Qərbə inteqrasiya yolunda qərarlaşmaq istəyir və buna görədə əhali etirazlara qalxaraq Paşinyanı hakimiyyətə yolun açdı. Rusiya son iki ildə Ermənistanda siyasi proseslərin onun əleyhinə olduğununun fərqindədir. Ona görə də Qarabağda müharibə müstəvisinə qarişmayaraq öz maraqları prizmasından baxır.

Məhəmməd Əsədullazadə: “Erməni xalqı Rusiyanı deyil, Qərbə inteqrasiya yolunda qərarlaşmaq istəyir”.

Təbii ki, Rusiyanın burada maraqları var. Sülhməramlı qüvvələrini yerləşdirilməsi planındadır. Amma bu birtərəfli olmaz . Azərbaycan buna imkan verməz. Düşünürəm ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda yerləşdirilməsi Türkiyə ilə paralel aparıla bilər. İkinci məsələ “Kazan” forumulu və digərləri Azərbaycanın bir sıra məqamda əleyhinədir. Artıq Azərbaycan güclü tərəfdədir və heç bir həll formularını qəbul etməməlidir. Çünki burada ermənilərə müqəddərat prinsipi yer alıb.

Düşünürəm ki, Azərbaycan və Türkiyənin təklifi əsasında yeni həll formulu qəbul edilməlidir . “Kazan” forumulu Rusiya hazırlayıb. Azərbaycan buna getməz”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakıda evə basqın olub, polis şübhəli şəxsi zərərsizləşdirilib

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay