Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin BƏƏ səfəri bir çox baxımdan diqqət çəkdi

Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi və Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı etdi.

Aydın məsələdir ki, İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri hər nə qədər işgüzar xarakterli olsa da, bir çox baxımdan diqqət çəkdi.

Əvvəla onu qeyd edim ki, Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Son illərdə Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, Ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub deyə bilərik. Bunu Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə işgüzar səfərə getməsi də təsdiqləyir. Eyni zamanda o da vurğulanmalıdır ki, Ərəb ölkələri hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə ediblər.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir. Məlumdur ki, Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Azərbaycanda investisiya mühiti çox müsbətdir. Ölkəmiz neft və qaz sektoruna böyük sərmayələr cəlb edib. İndi isə hədəfimiz bərpaolunan enerjidir.

Könül İsmayılova - Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nin Siyasi Şurasının və İH-nin üzvü

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay