Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Piştaxtada bir, kassada başqa bir qiymət... - Supermarketlərin dəlduzluqları...

Son zamanlar Milli Məclis bütün qurumların istismarçı və monopoist maraqlarının təmin edir, lakin vətəndaşların maraqlarının təminatını heç düşünən belə yoxdur..

Azad İstehlakçılar Birliyinin sədri: “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu kimi məsələlərin həll edilməsində heç nə edə bilmir. Buna suni qiymət artımı və istehlakçıların aldadılması da demək olar”.

“Adətən bu barədə marketlərin adminstrasiyasına şikayət edəndə deyirlər ki, malın üzərində qiyməti dəyişmək yadımızdan çıxıb və bu hal artıq Azərbaycanda kütləvi hal alıb”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov piştaxtada bir qiymətin, kassada isə başqa bir qiymətin olmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar bizə daxil olan şikayətlərdə istehlakçılar piştaxtada bir qiymətin, kassada isə başqa bir qiymətin olmasından narazılıq edirlər. Xüsusən son qiymət artımlatından sonra bir çox supermarketlərdə kassa qiymətləri piştaxtalardakı qiymətlərdən bəzən iki dəfə artıq olur və alıcılar bunu ancaq evə getdikdən sonra fərq edirlər. Çünki onlarla məhsul alan alıcılar piştaxtalardakı qiymətlərlə kassadakı qiymətlər arasındakı fərqi görə bilmirlər. Bu yolla da supermarketlər öz alıcılarını asanlıqla aldatmağa nail olurlar. Qiymət fərqini aşkarlayan alıcılara isə kassadan bildirilər ki, yeni qiymət piştaxtalara hələ vurulmadığı üçün fərq meydan çıxıb. Halbuki qanuna əsasən alıcı kassadakı qiymətlə deyil, piştaxtadakı qiymətlə ödəniş etməlidirlər.

Supermarketlərin bu tipli dəlduzluqlarının qarşısını necə almaq olar və qanunvericilikdə buna görə inzibati cəza tətbiq olunurmu?

Mövzunu PİA.az-ın əməldaşı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilə müzakirə edib.

Eyyub Hüseynov: “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə səslənirəm ki, istehlakçının hüququnu qoruyan qurum olaraq gözlərini açsınlar”.

İstehlakçıların hüquqlarını qorumaq üçün qurumların iş aparmalı olduğunu vurğulayan Eyyub Hüseynov PİA.az-a açıqlamasında qeyd edib ki, dövləti, ordunu, məmuru da saxlayan istehlakçılardır. Biznesi istehlakçılar mövcud edir və buna görə də satış məntəqələri öz alıcılarına hörmətlə davranmaqla yanaşı, vicdanlı olmalıdırlar:

“Hər gün bu məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə 5-6 şikayət daxil olur. Bu problem artıq neçə ildir ki, yaşanır. Ümumiyyətlə yeni texnologiyaların tətbiqi pərakəndə satış məntəqələrinin öz alıcılarını aldatması üçün daha geniş imkanlar yaradır. Yəni məhsulun üzərində qiymət yazılır və istehsalçı da fikirləşir ki, avtomatlaşdırılmış qaydada, səhv olmaz. Amma çekə baxanda hər şey aydın olur. Məlum olur ki, çekdəki qiymətlə məhsulun üzərindəki qiymət fərqlidir.

Adətən bu barədə marketlərin adminstrasiyasına şikayət edəndə deyirlər ki, malın üzərində qiyməti dəyişmək yadımızdan çıxıb və bu hal artıq Azərbaycanda kütləvi hal alıb . Amma bir dəfə də görməmişik ki, piştaxtada qiymət yuxarı olduğu halda, kassada çekə aşağı qiymət vurulsun. Bütün bunlar istehlakçıların hüquqlarının pozulmasıdır.

Çox təəssüf olsun ki, istehsalçının hüquqlarını qoruyan qurum da öz işini görmür. Yəni İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu kimi məsələlərin həll edilməsində heç nə edə bilmir. Buna suni qiymət artımı və istehlakçıların aldadılması da demək olar.

Eyyub Hüseynov: “Mən “Grand market”də kartla ödəniş etmişəm və iki dəfə aldadılmışam. Səhv edən satıcını görmək istədim, amma üzə çıxarmadılar. İstehlakçıların aldadılmasına görə belə variantlar çoxdur”.

Biz dəfələrlə təklif vermişik ki, birlikdə müzakirələr aparaq və maqazinlər barədə qaydalar müəyyən edək. Çünki marketlərlə bağlı problemlər çoxdur. İstehlakıların aldaılması azmış kimi kartla ödəniş edənləri də aldadırlar. Mən “Grand market”də kartla ödəniş etmişəm və iki dəfə aldadılmışam. Səhv edən satıcını görmək istədim, amma üzə çıxarmadılar. İstehlakçıların aldadılmasına görə belə variantlar çoxdur.

Buna görə də istehlakçılara səslənirəm ki, kartla ödəniş edəndə hər bir məlumatı incələsinlər və diqqətli olsunlar. Bilsinlər ki, az əhəmiyyət verməyəndə onları aldadacaqlar.

Həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə səslənirəm ki, istehlakçının hüququnu qoruyan qurum olaraq gözlərini açsınlar. Üzərlərinə düşən funksiyaları yerinə yetirsinlər. İstehlakçıların hüquqlarını qorumaq üçün iş aparın. Çünki dövləti, ordunu, məmuru da saxlayan istehlakçılardır. Biznesi istehlakçılar mövcud edir və buna görə də satış məntəqələri öz alıcılarına hörmətlə davranmaqla yanaşı, vicdanlı olmalıdırlar”.

Redaksiyadan: Son zamanlar Milli Məclis durmadan cəzaları, rüsumları, aksiz dərəcələrini artırmaqla məşğuldur. Demək olar ki, ölkə parlamenti bütün qurumların istismarçı və monopoist maraqlarının təmin edir, lakin vətəndaşların maraqlarının təminatını heç düşünən belə yoxdur. Milli Məclisin supermarketlərdə yaşanan açıq dələduzluqların qarşısını almaq üçün cəza tətbiq etmələri doğru olmazmı? Bir dəfə də sadə vətəndaşları da düşünün cənab deputatlar...

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Ermənistanda yenidən Azərbaycana qarşı ərazi iddaları baş qaldırır...

Ən çox oxunanalar