Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. Bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib.

Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var.

“Qorxu, melanxoliya, təlaş və ya depressiya səbəbindən bədənin müdafiə qabiliyyəti azalır”, – deyən mütəxəssis bildirib.

Ekspertin sözlərinə görə, stasionara yerləşdirildikdən sonra əhval-ruhiyyəsi aşağı olan insanlar daha ciddi koqnitiv pozğunluq əlamətləri yaşamağa başlayırlar. Bu əsasən depressiya, müalicədən imtina, yaddaş itkisi, zaman və məkanda oriyentasiya, panik ataklar və nəzarətsiz qəzəb halları ilə özünü göstərir.

“COVID-19-da psixoloji fəsadlar bəzən o qədər geniş olur ki, xəstə öz intuisiyasına (əsasən də özünümüdafiə instinktinə) qarşı çıxa bilər. Belə hallarda insan özünə qapılır və müalicədən qəti şəkildə imtina edir”, – deyə həkim vurğulayıb.

Malinovskaya COVID-19-un insanın koqnitiv qabiliyyətlərinə təsirinin hələ tam öyrənilmədiyini bildirib.

“Bununla belə, aydındır ki, koronavirus xəstənin psixikasına güclü təsir göstərir və sağaldıqdan sonra uzun müddətli depressiyaya səbəb olur”, – deyə ekspert qeyd edib. (Oxu.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Ruslar Krımı tərk etməyə başlatyıb: Ekspert qaçışın səbəblərini açıqlayıb...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay