Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon İŞİD-lə bağlı proqnoz verdi

Suriya və İraqda yenidən toparlanırlar

Pentaqonun son hesabatında İŞİD-in öz qüvvələrini toparlamaq səyləri haqda açıqlaması Suriyaİraqda ciddi təlaş doğurur. Belə ki, çoxları nifrətlə anılan bu qəddar təşkilatın yox olmasını arzulayır.

Ərəb mediasında ABŞ-ın Müdafiə Nazirliyinin hesabatı geniş işıqlandırılıb.

Sonuncu dəfə aprel ayında videosu yayılan İslam Dövləti qrupunun lideri Əbu Bəkr əl-Bağdadi xilafətə son qoyanlardan qisas alınacağını bəyan etmişdi.

18 dəqiqəlik video İŞİD-in son istehkamı Bağuzun militantlardan azad edildiyi vaxt açıqlanmışdı. Həmin videoda Bağdadi silahdaşları ilə İŞİD-in fəaliyyətini müzakirə edirdi.

Həmin videoda əl-Bağdadinin hansısa xəsarət aldığı və yaxud hansısa məhrumiyyətlə üzləşdiyi sezilmir.

Onun səs yazıları sonuncu dəfə 2017-ci ilin sentyabr və 2018-ci ilin avqust ayında yayılmışdı. İŞİD terrorçu qrupunun lideri uzunmüddətli sükutdan sonra tərəfdarlarına müraciət edərək onları möhkəm olmağa çağırıb və düşmənlərinə “qaranlıq günlərin” hələ qabaqda olduğu barədə xəbərdarlıq etmişdi.

Bağdadinin ictimaiyyət arasında görünməməsi İŞİD liderinin öldürüldüyü barədə şayiələrə səbəb olmuşdu.

İraqın baş naziri Adel Əbdul Mahdi bu yaxınlarda bildirib ki, Bağdad beynəlxalq tərəfdarlarının əməkdaşlığı ilə İŞİD-ə qarşı mübarizəsini davam etdirəcək.

Nazir bu terror qrupunun yenidən güc toplamağa çalışdığını etraf etsə də, digər ölkələrin yardımı ilə terror qrupunun məğlub ediləcəyinə ümidini ifadə edib.

Oklahmoa Universitetinin beynəlxalq məsələlər üzrə eksperti Coşua Landis deyir ki, “xilafətin məhvinə baxmyaraq təşkiilat problem olara qalır.” Onun sözlərinə görə, qrupun ideologiyası hazırda Suriyada əl-Hol düşərgəsində yerləşdirilmiş İŞİD qadınları və ailə üzvləri arasında güclü olaraq qalır. Landis əlavə edir ki, bəzi İŞİD qalıqları hücumlar törtəməkdə davam edirlər.

Kürdlərin nəzarət etdiyi əl-Hol düşərgəsində İŞİD-ə üzv olan ərləri öldürülmüş çox sayda qadınlar və onların övladları məskunlaşıb. Əksəriyyət xarici ölkələrdən gəlmiş bu qadınların çoxunu doğma vətənlərindəki hökumətlər geri qəbul etməyə həvəs göstərmir.(Amerikaninsesi.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

SEPAH Haniyənin ölümünün təfərrüatını açıqladı

TSAXAL Tulkarm şəhərini bombalayıb, HAMAS komandirlərindən biri öldürülüb

İran ordusu: HAMAS liderinin ölümünə görə qisas alınacaq

HAMAS-a məxsus silah istehsalı zavodu və infrastruktur obyekti sıradan çıxarılıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay