Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanı məşhur qəhrəmanın taleyi gözləyir - Ekspert

"Paşinyanın 100 günlük hakimiyyətini “hakimiyyətsizlik” kimi qiymətləndirmək olar"

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli Paşinyanın 100 günlük hakimiyyətini dəyərləndirərkən deyib. O bildirib ki, faktiki olaraq, bu müddət ərzində Paşinyanın heç bir fundamental addımı nəzərə çarpmadı və o verdiyi vədlərin heç birini yerinə yetirməyib:

“Paşinyanın hətta korrupsiyaya qarşı mübarizə adı altında yürütdüyü siyasətin özü də siyasi motivlidir. Yəni onun bu addımları da qisasçılıq müstəvisində qurulub. Baxmayaraq ki, istər sabiq prezident Köçəryan, istərsə də Serj Sərkisyan hər ikisi kifayət qədər cinayətlər törədiblər. Həm Azərbaycan xalqına, həm də öz vətəndaşlarına qarşı törətdikləri çoxsaylı cinayətlərinə görə də onları həbs etmək olardı, amma Paşinyanın davranışında yalnız siyasi motivlər nəzərə çarpdı”.

Analitik vurğulayıb ki, Ermənistanda gedən siyasi proseslər bir daha Paşinyanın idarəçilik təcrübəsinə malik olmadığını sübuta yetirdi:

“Onun Ermənistanı indiki durumdan çıxara biləcək nə proqramı, nə də komandası var. Paşinyan bu gün də yalnız kütlə vasitəsi ilə yenidən hansısa marjinal qruplara təzyiq göstərməyə çalışır. Baxmayaraq ki, baş nazir kimi siyasi hakimiyyət onun nəzarətindədir, eyni zamanda onun təşkil etdiyi Nazirlər kabineti hüquq-mühafizə sisteminə nəzarət edir.

Buna görə də atılan addımlar faktiki olaraq, dövlət idarəçiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. Amma biz bu prosesi görmürük. Əvəzində isə yalnız baş nazir olan bir şəxs dövlətin idarə edilməsinə məsuliyyət daşıdığı halda, məsuliyyəti kütlənin üzərinə yükləməyə çalışır. Paşinyan kütlənin vasitəsi ilə Ermənistanda müəyyən proseslərin irəli aparılmasını gözləyir”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Analitik qeyd edib ki, Paşinyan hakimiyyətə gələndə də onun M.FAxundzadənin “Aldanmış kəvakib” əsərindəki Yusif Sərrac olduğunu deyib:

“Axundovun bu əsərində olduğu kimi, eyni aqibətin Paşinyanı da gözlədiyini düşünürəm. Proseslər qənaətimə görə ona doğru gedir. Ermənistanda uzun müddətdir gedən proseslər Paşinyanın bir siyasətçi kimi prosesləri hesablamaq qabiliyyətinə malik olmadığını göstərir. İstər Köçəryan, istərsə də Xaçaturovla bağlı məsələdə Paşinyan bu həbslərin qarşılığında hansı təzyiqlərə məruz qalacağını və geriyə addım atacağını hesablamamışdı.

Bu isə son nəticədə onun fiaskosu ilə nəticələndi və nüfuzuna ciddi şəkildə təsir göstərdi. Eyni zamanda sübuta yetirdi ki, Paşinyan xarici siyasətdə də hər hansı əlahiddə imkanlara və nüfuza malik deyil. Digər tərəfdən, bütün bunların qarşılığında biz Paşinyanın AB ilə əlaqələrində də hər hansı bir yeniliyin baş vermədiyinin şahidi olduq”.

Analitikin sözlərinə görə, Paşinyanın bütün gözləntiləri prinsip etibarı ilə nəticə vermədi:

“Bu aspektdən də hadisələrin indiki inkişafı sözsüz ki, Ermənistan cəmiyyətində baş verə biləcək proseslərdən asılıdır. İlk növbədə, şübhə yoxdur ki, insanlar uzun müddət nağıllara, vədlərə inana bilməz. Əgər Sərkisyan və Köçəryan dövründə hansısa populist şüarlar və yaxud zorakılıq elementləri ilə kütlənin qarşısı alınırdısa, Paşinyan artıq cini şüşədən buraxıb. Onu hakimiyyətə gətirən kütlə çox aqressiv formada onu da hakimiyyətdən apara bilər”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - Yenilənib

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

2024-cü il Olimpiadasında ilk dünya rekordu qeydə alınıb

Ən çox oxunanalar