Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyır... - Amma sülh müqaviləsini imzalamır...

Ermənistanın Baş naziri Azərbaycanın əazi bütövlüyünü tanısa da, hər fürsətdə Azərbaycana qarşı əsasız ittihamlar səsləndirməkdən çəkinmir...

Siyasi-şərhçi: “Sülh müqaviləsinin imzalanmasına yaxın olduğumuz ərəfələrdə Rusiyanın 5-ci kalonu da iş başındadır”.

“Paşinyana həm Azərbaycan, həm də beynəlxalq güclər tərəfindən sülh müqaviləsini imzalamaqla bağlı çağırış və təziq var”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Ermənistanın baş naziri Nikol Paşinyanın sülh prosesindən qaçmaq səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” deyərkən nədənsə sülh sazişinin imzalanmasını da yubatmağa çalışır və hər fürsətdə Azərbaycana qarşı əsasız ittihamlar səsləndirməkdən çəkinmir.

Hazırda sülh müqaviləsi ilə bağlı Ermənistanın əsas hədəfləri nədir və İrəvan sülhdən danışırkən nə qədər səmimi görünür?

AzərbaycanErmənistanın arasında imzalanması gözlənilən sülh müqaviləsinin hazırkı mərhələsini Poliqon-un əməkdaşı AĞ Partiya mərkəzi aparatının rəhbəri siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Yekunda Paşinyan sülh müqaviləsini bizi qane edəcək şərtlər əsasında imzalamağa məcbur olacaq”.

Paşinyanın hazırda maksikum dərəcədə məsələni uzatmaq istədiyini xatırladan ekspert Poliqon-a açıqlamasında vurğulayıb ki, Azərbaycanın da gözləmə vəziyyətində olmaması və təzyiq mexanizmini işə salması Paşinyanı çıxılmaz vəziyyətə salıb:

“Bildiyiniz kimi Ermənistanın daxilində hazırda vəziyyət Paşinyan üçün heç də yaxşı deyil. Sülh müqaviləsinin imzalanmasına yaxın olduğumuz ərəfələrdə Rusiyanın 5-ci kalonu da iş başındadır.

Rusiya Cənubi Qafqazda varlığını qorumaqdan heçdə asan vaz keçmək niyyətində deyil. Bu baxımdan Paşinyan hazırda maksikum dərəcədə məsələni uzatmaq istəyir. Ancaq Azərbaycanın da gözləmə vəziyyətində olmaması və təzyiq mexanizmini işə salması Paşinyanı çıxılmaz vəziyyətə salıb. Azərbaycanın Nəzarət-buraxılış məntəqələrini qurması bir daha bizim istənilən bir toqquşmaya hazır olduğumuzu və bu məsələdəki qətiyyətimizi göstərdi.

Kamran Məmmədli: “Hazırda Paşinyan müxtəlif manipulyasiyalarla vaxt qazanmaq istəyir”.

Eyni zamanda həm ABŞ, həm də Avropa İttifaqı bu məsələdə bizimlə eyni mövqedədir. Onlar da Paşinyana sülh müqaviləsinin imzalanmasını və Rusiyanı prosesdən çıxarmaqın lazım olduğunu bildirib. Yəni, Paşinyana həm Azərbaycan, həm də beynəlxalq güclər tərəfindən sülh müqaviləsini imzalamaqla bağlı çağırış və təziq var.

Paşinyanda çox gözəl bilir ki, hər hansısa bir toqquşma olarsa, onlar xeyli ərazi itirəcək. Bu baxımdan hesab edirəm ki, yekunda Paşinyan sülh müqaviləsini bizi qane edəcək şərtlər əsasında imzalamağa məcbur olacaq. Sadəcə, hazırda Paşinyan müxtəlif manipulyasiyalarla vaxt qazanmaq istəyir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Ermənistanda yenidən Azərbaycana qarşı ərazi iddaları baş qaldırır...

Ən çox oxunanalar