Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən il qruplar üzrə ən nüfuzlu ixtisaslar müəyyənləşib - Siyahı

Ötən il qruplar üzrə ən nüfuzlu ixtisaslar müəyyən edilib...

Bu barədə 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialların əks olunduğu Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat yer alıb.

Qeyd edilib ki, ər ixtisas qrupu üzrə abituriyentlərin istəyinə daha çox uyğun olan, ərizələrdə daha çox birinci yerdə göstərilən ən nüfuzlu ixtisaslar müəyyən edilib.

“Hər bir ixtisas üzrə müsabiqə vəziyyəti təkcə həmin ixtisası seçən abituriyentlərin sayından deyil, həm də həmin ixtisas üçün ayrılmış plan yerlərinin miqdarından asılı olur. Bir qayda olaraq, abituriyentlərin sayının artması müsabiqə vəziyyətinin yüksəlməsinə, plan yerlərinin artması isə müsabiqə vəziyyətinin aşağı düşməsinə səbəb olur. Bu baxımdan, müsabiqə vəziyyəti ixtisasın nüfuz səviyyəsini tam ifadə edə bilməz.

Nəzərə alsaq ki, ərizədə birinci yerdə göstərilən ixtisas abituriyentin istəyinə ən çox uyğun olandır, deməli, ixtisasın nüfuzunu həmin ixtisasın abituriyent ərizələrində birinci yerdə göstərilməsinin sayı əsasında müəyyənləşdirmək daha düzgün olar.

Aparılan müqayisə zamanı müsabiqəsində iştirak etmək üçün ümumi bala qoyulan tələb 200-dən az olan ixtisaslar nəzərə alınmayıb. Bu qayda ilə hər qrupun ən nüfuzlu ixtisası müəyyənləşdirilib. Məlum olub ki, bu il abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Tibb”, V qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn (sahələr üzrə)” ixtisasına üstünlük verib.

I ixtisas qrupu istisna olmaqla digər bütün ixtisas qruplarında Azərbaycan və rus bölməsinin abituriyentlərinin seçimi eyni olub. I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformasiya texnologiyaları” ixtisasına üstünlük veriblər” - məlumatda bildirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Ərdoğan: BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır

Sabirabad və Suraxanı rayonunun bir hissəsində qaz olmayacaq

Biləsuvar sakini bədbəxt hadisə ilə üzləşib, 4 barmağı amputasiya olunub

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay