Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qətərdə Qəzza zolağında atəşkəslə bağlı danışıqlar başladı: HƏMAS görüşə qatılmadı

Qətərin paytaxtı Dohada Qəzza zolağında atəşkəs elan edilməsi və israilli girovların azad edilməsi ilə bağlı məsləhətləşmələr başlayıb...

Bu barədə Oxu.Az "Sky News Arabia" və TASS nəşrlərinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə Misir, Qətər, ABŞ və İsrail rəsmiləri iştirak edir. Lakin danışıqlarda iştirak edənlər arasında Fələstinin HƏMAS hərəkatının üzvlərinin adı çəkilmir.

İsrailin Baş naziri Benyamin Netanyahunun Dəftərxanasının müşaviri Dmitri Gendelmanın TASS-a bildirdiyinə görə, İsrail nümayəndə heyəti Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsi ilə bağlı danışıqların növbəti raundu üçün Dohaya gəlib.

"Nümayəndə heyəti Dohaya çatıb və danışıqlar başladı", - deyə o, məlumat verib.

Daha əvvəl yayılan xəbərlərdə İsrailin "Mossad" kəşfiyyatının direktoru David Barneanın ABŞ-li və misirli həmkarları, həmçinin Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşəcəyi qeyd edilirdi. Vaşinqtonu məsləhətləşmələrdə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Bill Berns və Ağ Evin Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerk təmsil edir. Misir nümayəndə heyətinə kəşfiyyat rəhbəri Abbas Kamel rəhbərliik edir.

Xatırladaq ki, Misir, QətərABŞ liderləri avqustun 9-da birgə bəyanat yayaraq, İsraili və Fələstinin radikal HƏMAS hərəkatını avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəs danışıqlarını bərpa etməyə çağırıblar.

Vasitəçilər, həmçinin, ABŞ Prezidenti Co Baydenin irəli sürdüyü və BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi ilə dəstəklənən prinsiplərə əsaslanan yekun saziş layihəsini təqdim etməyə hazır olduqlarını açıqlayıblar.

HƏMAS avqustun 11-də vasitəçilərə çağırış edib ki, Qəzza zolağında atəşkəs sazişinin həyata keçirilməsi üçün konkret planı onlara təqdim etsinlər və İsraili bu planı yerinə yetirməyə məcbur etsinlər.

HƏMAS nümayəndələri dəfələrlə bəyan ediblər ki, Dohada keçiriləcək danışıqlarda iştirak etməyəcəklər. Bununla belə, ABŞ Dövlət Departamentinin mətbuat katibi Vedant Patel daha əvvəl bildirmişdi ki, Qətər Vaşinqtonu HƏMAS-ın təmsil ediləcəyinə əmin edib.

Vasitəçilər HƏMAS danışıqlar qrupu ilə görüşdən sonra Dohada məsləhətləşmələr aparmağı planlaşdırırlar.

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar