Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş prokurorun birinci müavini MDB-nin Müşahidə Missiyasını qəbul edib

Baş prokurorun birinci müavini Elçin Məmmədov Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasının üzvü, MDB-nin Baş katibinin müavini Nurlan Seytimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb...

Baş Prokurorluqdan verilən xəbərə görə, qonaqları salamlayan Elçin Məmmədov cari ilin sentyabrın 1-də təyin olunmuş növbədənkənar parlament seçkilərinin azad və demokratik şəraitdə keçirilməsi, seçiciləri azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlərdən danışaraq, seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr və qəbul edilən qərarlar barədə ətraflı məlumat verib.

Seçki qanunvericiliyinin pozulması ilə bağlı müxtəlif mənbələrdən Baş Prokurorluğa daxil olan, habelə internet məkanı və media resurslarında aparılmış monitorinqlər nəticəsində əldə olunmuş məlumatların qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada araşdırılması, operativliyin təmin edilməsi və aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyətin təşkili məqsədilə Azərbaycan Respublikasının Baş prokurorunun sərəncamı əsasında İşçi qrupun yaradılması barədə qonaqlara məlumat verən Baş prokurorun birinci müavini İşçi qrupun səmərəli fəaliyyətindən bəhs edib.

Nurlan Seytimov Müşahidə Missiyasının ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu və seçkiqabağı hazırlıq prosesinin müsbət qiymətləndirdiklərini qeyd edərək bu işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı prokurorluq orqanlarının əməyini yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

124 min manatlıq dələduzluq işində bəraət alan şəxsin hökmü ləğv edilib, məhkəmə zalından həbs olunub

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Atatürkün indiyə qədər məlum olmayan məktubu üzə çıxıb - Foto

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay