Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rafael Hüseynov Atbulaq, Kürdçü və Qızılburun sakinləri ilə görüşüb

Yayın isti, xüsusən də Hacıqabulda başqa bölgələrə nisbətən daha qızmar keçməsinə, əhalinin çox hissəsinin istirahətdə olmasına baxmayaraq sakinlər parlament seçkiləri öncəsi tədbirlərə fəal şəkildə iştirak edirlər...

Poliqon xəbər verir ki, Milli Məclisin üzvü və sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizəd Rafael Hüseynovun Hacıqabul rayonunun ayrı-ayrı kəndlərindəki görüşləri izdihamlı keçir və hər görüş irəlicədən planlaşdırılan saatlardan da geniş vaxtı əhatə edir.
Avqustun 14-də Rafael Hüseynovun Atbulaq, Kürdçü, Qızılburun kəndlərinin sakinləri ilə görüşü də bu baxımdan istisna olmadı.

Qaldırılan məsələlər, bəhs edilən mövzular yalnız Hacıqabulun və bilavasitə bu kəndlərin gündəlik həyatı ilə əlaqədar deyildi, respublikanın ictimai-siyasi, mədəni-elmi gerçəkliyinin ən geniş sahələrini əhatə edirdi.

Bu görüşlər yalnız bir deputatın və deputatlığa namizədin seçicilərlə təması çərçivəsindən çıxaraq həm də ölkənin görkəmli bir ziyalısı ilə oxucuların, tamaşaçıların, dinləyicilərin maraqlı görüşünə çevrilir.

Qarşıdan gələn Milli Məclisə seçkilərin əhəmiyyətini xüsusilə qeyd edən seçicilərin Rafael Hüseynova suallarının böyük əksəriyyəti Azərbaycanın qonşu dövlətlərlə əlaqələrinin necə inkişaf etdirilməsi istiqamətləri, ölkəmizin beynəlxalq aləmdə getdikcə artan rolu, müasir siyasi-iqtisadi gedişat kontekstində dövlətimizin yürütdüyü dərin düşünülmüş siyasətin açdığı perspektivlərlə əlaqədar idi.

Geniş fikir mübadilələrinə səbəb olan əsas məsələlərdən biri də bu kəndlərdəki məktəblərin fəaliyyəti, bu səmtdə işlərin daha nizamla irəliləməsindən ötrü umduqları dəstəklə bağlı idi.

Kənd sakinlərinin qaldırdığı məsələlərin hər biri ilə bağlı qeydlər götürən Rafael Hüseynov həmin problemlər haqqında müvafiq qurumlara Milli Məclis xətti ilə müraciətlər hazırlayacağını bildirdi.

Kənd sakinlərindən bir çoxu xahiş, təklif və şikayətləri əks olunan məktubları Rafael Hüseynova yazılı şəkildə təqdim etdilər.

Tədbirin yekununda Rafael Hüseynov kənd sakinlərini ötən Milli Məclis seçkilərində olduğu kimi bu dəfə də mütəşəkkilliyə, fəallığa səslədi.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Ərdoğan: BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır

Özbəkistanlı hərbçilər Azərbaycanda PUA kursunda iştirak edirlər

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay