Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Harris əksər ştatlarda Trampı üstələyir

ABŞ-də Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris seçim tərəddüdündə olan əksər ştatlarda əhali arasında dəstək baxımından Respublikaçılar Partiyasından olan rəqibi Donald Trampı qabaqlayır...

“Report” xəbər verir ki, bunu “Cook Political Report” siyasi bülleteninin keçirdiyi sorğunun məlumatları sübut edir.

Araşdırmaya əsasən, Harrisin Pensilvaniya və Viskonsin ştatlarında Trampdan 5 faiz, Arizona ştatında 4 faiz, Miçiqan və Şimali Karolina ştatlarında isə 2 faiz üstünlüyü var. Nevada ştatında ölkənin hazırkı vitse-prezidentini 5 faiz bəndi qabaqlayan respublikaçı liderlik edir, Corciya ştatında isə hər iki namizədə dəstək səviyyəsi eynidir.

Qeyd olunur ki, ümumilikdə Harris Trampdan 2 faiz bəndi daha üstün durumdadır: respondentlərin 46 faizi onu, 44 faizi isə rəqibini dəstəkləməyə hazırdır. Respondentlərin 5 faizi isə səsini müstəqil namizəd kiçik Robert Kennediyə vermək niyyətindədir.

Analitiklər hesab edirlər ki, Harrisin mövqeyi demokratların onun ətrafında birləşməsi və müstəqil seçicilər arasında dəstəyin artması ilə möhkəmlənib.

Qeyd edək ki, sorğu iyulun 26-dan avqustun 2-dək seçim tərəddüdündə olan 7 ştatda 2800-dən çox seçici arasında aparılıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay