Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölüm və dəlilik krallığı” – Suriyadakı Tadmor türməsində bir gündə 800 məhbus güllələnib

Tadmor şəhəri Suriyanın mərkəzi hissəsində, paytaxt Dəməşqdən 180 kilometr cənub-qərbdə yerləşir. 53 min əhalisi olan bu şəhər Suriyada, o cümlədən dünyada da eyni adlı cəzaçəkmə müəssisəsi – Tadmor həbsxanası ilə tanınır. Həbsxana dünyanın ən qorxulu və dəhşətli 10 həbsxanası siyahısında ilk sıralarda yer alır.

Tadmor həbsxanasının inşasına 1936-cı ildə başlanılıb. Tikinti işlərinə 3 il vaxt sərf edilib. Türmənin layihəsi mürəkkəb olduğundan inşaatçılar əvvəlcə layihənin icrasından imtina ediblər. Sonradan giriş-çıxışlar, dəhlizlər, keçidlər sadələşdirildikdən sonra tikinti sürətlə aparılıb.

Həbsxanada xüsusi meydança da salınıb. Bu meydança işgəncələr üçün nəzərdə tutulub və demək olar ki, bütün kameraların kiçik pəncərələrindən bu meydança görünüb. Məqsəd məhbuslara verilən işgəncələri digər məhbuslara nümayiş etdirmək olub.

Tadmor türməsində dünyanın heç bir həbsxanasında tətbiq edilməyən işcəncələrdən istifadə olunub. Döyülmək, dırnaq və diş çıxarmaq, barmaqları dəmir qapı arasında sıxmaq, bədənə elektrik cərəyanı buraxmaq adi hal sayılıb. Nəzarətçilər üçün ən “rahat” içgəncə metodu məhbusların başına sellofan torbalar keçirmək olub ki, bu dəqiqələr ərzində ölümlə nəticələnib. Ölmək istəməyən məhbuslar isə törətdikləri və törətmədikləri cinayətləri “könüllü” etiraf ediblər.

Həbsxanadkı ən populyar işgəncə metodlarından biri məhbuslara məhdud şəkildə suyun verilməsi, yaxud da onları saatlarla sudan məhrum etmələri olub. Nəzarətçilər bu işgəncədən xüsusi “zövq” alıblar. Belə ki, onlar susuzluqdan əziyyət çəkənləri gəzinti meydançasına çıxardıblar. Meydançanın yer səthinə az miqdarda su töküblər. Məhbuslar həmin suyu dilləri ilə yalayıblar.

Türmə fəaliyyətə başladığı gündən kameralarda həmişə sıxlıq müşahidə olunub. 7-10 nəfərlik kamerada bəzən 50-60 nəfər saxlanılıb ki, hətta kamerada oturmaq imkanı da olmayıb. Bir çox məhbuslar dar dəhlizlərdə beton döşəmələrdə yatmağa məcbur olublar.

Həbsxanada tibb xidmətinin adı olsa da, onun fəaliyyətindən heç kim yararlana bilməyib. Məhbuslar ən adi xəstəliklərdən dünyalarını dəyişiblər.

Sanitar-gigiyenik baxımdan Tadmor həbsxanasını müqayiəsə etməyə yer tapmaq olmaz. Türmədə məhbuslara verilən ərzaq məhsulları, o cümlədən adi suyun saxlanılması heç bir normaya cavb verməyib. Məhbuslar bəzi hallara adi sudan belə zəhərləniblər. Məhz bu səbəbdən türmədə yoluxucu xəstəliklərin tüğyan etməsi adi hal alıb və bu da kütləvi ölümlərə səbəb olub.

Türmədə camaşırxananın olmaması, suya məhdudiyyət qoyulması ucbatından məhbuslar bəzən alt və üst geyimlərini aylarla, illərlə dəyişməyiblər.

Bütün bu ağılasığmaz dəhşətlərlə yanaşı Tadmor həbsxanasında normal həyat sürən məhbuslar da olub. Pul qarşılığında onlar şəraitli kameralarda saxlanılıblar, onlara lazımi səviyyədə tibbi xidmət göstərilib, qidaları ev yeməkləri səviyyəsində olub, hətta daha çox pul xərcləyənlərin kameralarına televizor da qoyulub.

Beynəlxalq ictimai təşkilatlar, hüquq müdafiəçiləri, mətbuat nümayəndələri dəfələrlə Tadmor həbsxanası haqqında bəyanatlarla çıxış ediblər. Qəzetlərdə həbsxana dəhşətləri haqqında yazılar dərc edilib. Amma bütün bunlar həbsxanada heç nəyi dəyişməyib.

Tadmor həbsxanası 1980-ci ildə daha bir səsli-küylü insidentlə gündəmə gəlib. Həmin ilin iyun ayında Suriya prezidenti Hafiz Əsədə sui-qəsdə cəhd olunanda və bu cəhdin iştirakçılarının bir qismi tutularaq Tadmor həbsxanasına salınanda prezidentin hərbçi qardaşı Rifat Əsədin göstərişi ilə türmədə sözün əsl mənasında məhbus soyqırımı həyata keçirilib. Rifat Əsədin döyüşçüləri vertolyotlarla türmənin ərazisinə eniş ediblər. Bir sutka ərzində keçirilən əməliyyat nəticəsində 800 məhbus məhv edilib.

Bəzi mənbələrə görə, Əsədin hərbçilərinin əməliyyatı üç gün davam edib və öldürülən məhbusların sayı 2400-ü keçib.

Tadmor həbsxanasının adı beynəlxalq ictimaiyyət tərəfindən həmişə mənfi xarakterizə olunub. Ən mötəbər beynəlxalq qurumlara saysız-hesabsız şikayət məktubları, müraciətlər ünvanlanıb, türmə əməkdaşları məhbuslara qarşı sərt rəftarda, ağılasığmaz işgəncərin tətbiq edilməsində ittiham olunub.
Nəhayət, 2001-ci ildə həbsxanaın fəaliyyəti dayandırılıb. Amma Suriya hökuməti 10 ildən sonra bu həbsxanının fəaliyyətinə yenidən “ehtiyac” duyub. 10 ildən sonra, 2011-ci ildə Tadmor türməsi yenidən öz qapılarını “sakin”lərinin üzünə taybatay açıb və həbsxanada heç nə dəyişməyib.

Tanınmış Suriya şairi, Tadmor həbsxanasında 5 il cəza çəkən Fərəc Bərakdar bu türməni “ölüm və dəlilik kralığı” adlandırıb.

İlham Cəmiloğlu(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - Yenilənib

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

Bakıda ata və onun azyaşlı oğlunu avtomobil vurub

Ən çox oxunanalar