Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdərə və Tərtər rayonlarında əhalinin ikigünlük kardioloji müayinələri keçirilib

İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Ağdərə və Tərtər rayonlarında əhali üçün ikigünlük kardioloji müayinələr aparılıb...

Tədbirin əsas məqsədi vətəndaşları ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müvafiq müalicələrin təyin edilməsidir.

Tədbirin ilk günündə 25 iyul Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndində tibbi müayinələr təşkil olunub. İkinci gün 26 iyul aksiya öz işinə Tərtər rayonunda şəhid və qazi ailələri üçün müayinələr ilə davam edib.

Aksiya çərçivəsində ETKİ-nin kardioloqları, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi müəyyən edilib. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Tədbir Tərtər rayonu İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.

Ümumilikdə, 2 günlük tibbi aksiya zamanı 200-ə yaxın vətəndaş müayinələrdən keçirilib.

Hər iki gün əhali üçün maarifləndirmə işləri aparılıb. Ətraflı təqdimatla çıxış edən Kardiologiya İnstitutun direktoru, professor Gülnaz Dadaşova ürək-damar xəstəlikləri müasir tibbin ən aktual məsələlərindən biri olduğunu diqqətə çatdırıb. ETKİ-nin direktorunun sözlərinə görə, ürək xəstəliyi və insult üçün ən əhəmiyyətli davranış risk faktorlarına qeyri-sağlam qidalanma, fiziki aktivlik səviyyəsinin aşağı olması, siqaret və alkoqol kimi zərərli vərdişlər aiddir.

Eyni zamanda, tədbirdə yerli əhaliyə ürək-damar xəstəlikləri və onların profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aksiyaya qatılan şəhid ailələri və qazilərlə səmimi söhbət edib, onların qayğıları və problemləri ilə maraqlanıb. Aksiyadan sonra rayon rəhbəri Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları ilə rayon icra hakimiyyətinin inzibati binasında görüşüb, onlara bu nəcib təşəbbüsü həyata keçirdikləri üçün təşəkkür edərək, rayon icra hakimiyyətinin təşəkkürnamələrini təqdim edib.

Tibbi müayinədən keçən şəhid ailələri, qazilər və müharibə iştirakçıları onların sağlamlıqlarına, rastlaşdıqları problemlərə həssaslıqla yanaşıldığına, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Pooiqon.info

 

 

 

 

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Ən çox oxunanalar