Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nigeriyada dəhşətli yol qəzası - 48 nəfər ölüb

Nigeriyada yanacaq tankerinin sərnişin və mal-qara daşıyan yük maşını ilə toqquşması nəticəsində azı 48 nəfər ölüb...

Poliqon xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qəza bazar günü Nigerin mərkəzi əyalətində baş verib.

Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, toqquşma nəticəsində partlayış baş verib və hər iki avtomobil yanıb.

Partlayış nəticəsində bir sıra digər avtomobillərə də ziyan dəyib. Qəza yerində axtarış-xilasetmə işləri davam etdirilir. Xidmətin baş direktoru Abdullahi Baba-arah vəziyyəti idarə etmək üçün hadisə yerinə cavab qruplarının göndərildiyini bildirib.

Hadisədən qısa müddət sonra hadisə yerindən çəkilən görüntülərdə tamamilə yanmış iki avtomobil, eləcə də çoxlu sayda mal-qaranın öldüyü görünür.

"Reuters" xəbər agentliyinə danışan təcili xilasetmə işçisi cəsədləri çıxarmaq üçün çalışdıqlarını bildirib.

Dövlət mediasının məlumatına görə, qurbanlar üçün kütləvi dəfn mərasimi keçiriləcək. Qubernator Umaru Baqo, həlak olanların ailələrinə başsağlığı mesajında ​​"bədbəxt hadisədən kədərləndiyini" bildirib.

Nigeriyada yanacaq tankerlərinin partlaması və qəzaları qismən yolların pis vəziyyətinə görə tez-tez baş verir. Aprel ayında ölkənin mərkəzində yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində 13 nəfər həlak olmuşdu.

Poliqon.info


Etiket: yol qəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Tatamiyə damğa vuran zəfər: Azərbaycan cüdoçularından tarixi nəticə

Qıcqırmış salat, gömgöy kəsmik.. - "Araz"da vaxtı keçmiş məhsullar satılır

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar