Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

Ölkənin ən böyük özəl mobil operatoru “Bakcell” dünyanın aparıcı telekommunikasiya şirkəti “Vodafone Group”dan strateji tərəfdaşlıq dəstəyi alacaq...

Bu il “Vodafone” “Azerconnect Group” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən “Bakcell”, qrupa bağlı şirkət olaraq, xidmət təkliflərini artırmaq məqsədilə süni intellekt əsaslı həllər və qabaqcıl məhsullar da daxil olmaqla, “Vodafone” şirkətinin təcrübəsindən istifadə edəcək.

“Vodafone” 15 ölkədə 330 milyondan çox müştəriyə mobil və sabit şəbəkə xidmətləri təqdim edir, daha 45 ölkədə isə mobil şəbəkələrlə əməkdaşlıq edirik. Şirkət dünyanın ən böyük IoT platformalarından birinə malikdir. Afrika qitəsində “Vodafone” şirkətinin maliyyə texnologiyaları müəssisələri hazırda 7 ölkədə 79 milyondan çox müştəriyə xidmət göstərir. Bu da digər provayderin əməliyyatlarından daha çoxdur.

“Bu əməkdaşlıq “Bakcell”in telekommunikasiya bazarında mövqelərini daha da gücləndirəcək və müştərilərimizə ən son innovativ həll yolları təqdim etməyimizə imkan verəcək. “Vodafone”la tərəfdaşlıq, həmçinin ölkədə rəqəmsal transformasiyanı sürətləndirəcək və yeni texnologiyaların tətbiqinə əhəmiyyətli töhfə verəcək”, - deyə “Bakcell”in baş icraçı direktoru Klaus Müller bildirib.

“Vodafone”un Tərəfdaş Bazarları üzrə baş icraçı direktoru Petr Dvorjak isə öz növbəsində əlavə edib: “Biz telekommunikasiya şəbəkəsinin təkmilləşdirilməsi, əməliyyatların səmərəliliyi və müştəri xidmətləri sahəsində ən yaxşı təcrübələri bölüşmək məqsədilə dünyada bir sıra telekommunikasiya operatorları ilə əməkdaşlıq edirik. Biz qarşıdakı illər ərzində “Bakcell”lə birgə işləməyi səbirsizliklə gözləyirik. Əminik ki, bu əməkdaşlıq “Bakcell”in fərdi və korporativ müştərilərinə böyük fayda gətirəcək”.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verməyə çalışır və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Risk: “Unibank” bu həftə 501 müştərisi ilə bağlı məhkəməyə müraciət edib...

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Cəbhədə nə baş verir? - Rusiya ağır itkilər verir, Ukrayna əraziləri tədricən təslim edir...

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

Fəaliyyətini dayandıran “Xaliq Faiqoğlu” necə sərnişindaşıma xidməti göstərir? – Müəmma

Ən çox oxunanalar