Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Trendyol” satıcıları tərəfindən aldadılan müştərilər hara müraciət etsinlər?

Son zamanlar “Trendyol”dan onlayn alış-veriş edənlər sifariş vedrikləri məhsulla bağlı narazılıq yaşayırlar...

Belə ki, müştəri bəyəndiyi məhsulu sifarişi verir, lakin nəticədə, ona sifariş verdiyindən fərqli, yararsız, yaxud da saxta məhsul göndərilir. Təbii ki, müştərinin belə halda ağlına gələn ən birinci ünvan karqo şirkətidir, amma onlar problemdən boyun qaçırırlar. “Trendyol”a ünvanlanan şikayət məktubları da çox vaxt cavabsız qalır. Beləcə məsələ uzanacaq deyə müştəri də əlacsız geri çəkilir. Bu səbəbdən “Trendyol”da vəziyyətdən sui-istifadə halları çoxalır, belə saxtakarlıqlar getdikcə daha çox təkrarlanır. Bəs görəsən, Türkiyədən məhsul sifariş verib, narazı qalan azərbaycanlı müştərilər hara müraciət etməlidirlər?

Hüquqşünas Əkrəm Həsənov Pravda.az-a açıqlamasında deyib ki, məhsulu kim satırsa, keyfiyyətinə məsuliyyəti də o daşıyır.

“Fərqi yoxdur ki, mal Azərbaycanda, yoxsa xaricdə satılır. Müştəri adi qaydada məhkəməyə verə və ona vurulan zərərin əvəzini tələb edə bilər. Azərbaycandakı satıcı keyfiyyətsiz mal satsaydı, müştəriyə deyərdik ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsin, çünki bu, daha tez başa gələndir. Həm də vətəndaş üçün məhkəməyə müraciət etmək artıq vaxt və xərcdir. “Trendyol” satıcısı Türkiyədəndir. Vətəndaşımız formal olaraq Türkiyənin müvafiq dövlət orqanına, məhkəməsinə şikayət edə bilər. Amma başa düşürük axı, buna nə qədər vəsait, səy lazımdır, hətta alınan malın qiymətindən qat-qat baha. Buna görə də vətəndaş faktiki heç nə edə bilməyəcək. Sadəcə, sosial şəbəkələrdə, mətbuatda məlumatları yaymaq olar, vəssalam. Belə halda heç kim oradan mal almayacaq. Bir sahibkar, satıcı üçün bundan böyük cəza yoxdur. Məhsul xaricdən alındığı üçün faktiki başqa cür mübarizə aparmaq olmur...”, - hüquqşünas bildirib.

Qeyd: Türkiyənin onlayn alış-veriş platforması olan “Trendyol”un Azərbaycandakı nümayəndəliyi “Trendyol Azərbaycan”dır. Nizamnamə kapitalı 200 000 AZN olan şirkətin qanuni təmsilçisi Beti Yuhay Almozlinodur.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Risk: “Unibank” bu həftə 501 müştərisi ilə bağlı məhkəməyə müraciət edib...

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Cəbhədə nə baş verir? - Rusiya ağır itkilər verir, Ukrayna əraziləri tədricən təslim edir...

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

Fəaliyyətini dayandıran “Xaliq Faiqoğlu” necə sərnişindaşıma xidməti göstərir? – Müəmma

Ən çox oxunanalar