Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Rusiya ilə bank əməliyyatları ilə bağlı Türkiyəyə təzyiqləri artırıb

Türkiyə bankları Rusiya ilə əməliyyatlara görə ABŞ tərəfindən artan təzyiqlərə məruz qalır və mütəmadi olaraq ödəniş mənbələrinə ciddi nəzarətin zəruriliyi ilə bağlı xəbərdarlıqlar alır...

Poliqon xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyənin maliyyə bazarındakı məlumatlı mənbə məlumat verib.

Daha əvvəl Rusiyanın Ankaradakı səfiri Aleksey Erxov Rusiya ilə Türkiyə arasında qarşılıqlı hesablaşmalarda problemlərin davam etdiyini, köçürmələrin bloklanması və hesabların bağlanması hallarının, malların tranzitində iştirak edən şirkətlərin sıxılması hallarının olduğunu bildirmişdi.

"İndi istər dövlət, istərsə də özəl banklarımız Rusiyaya qarşı son sanksiyalar paketi fonunda ABŞ-ın artan təzyiqi ilə üzləşir. Rusiyadan bütün köçürmə mənbələri yoxlanılır, baş ofislərə, banklara nəzarət gücləndirilir hesablar açılır (Rusiya Federasiyasının vətəndaşları üçün)", deyə agentliyin həmsöhbəti rusiyalı diplomatın bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında bank köçürmələri arasında vəziyyətin nə vaxt normallaşacağı hələlik məlum deyil.

"Aydındır ki, burada rəsmi qərar lazımdır", deyə agentlikdəki mənbə bildirib.

Yada salaq ki, VTB-nin rəhbəri Andrey Kostin daha əvvəl bildirmişdi ki, milli və rəqəmsal valyutalara əsaslanan mexanizmin yaradılması Rusiya ilə Türkiyə arasında bank problemlərinin həlli ola bilər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Tatamiyə damğa vuran zəfər: Azərbaycan cüdoçularından tarixi nəticə

Qıcqırmış salat, gömgöy kəsmik.. - "Araz"da vaxtı keçmiş məhsullar satılır

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar