Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Cənubi Koreyanın hərbi texnikasına maraq göstərir?

Ermənistanın müdafiə naziri Suren Papikyanın uzaq Cənubi Koreyaya səfər edib...

Politoloq: “Ermənistan bir tərəfdən sülh mesajları verir, bir tərəfdən də silah-sursat və hərbi texnikanın alınması ilə məşğuldur”.

Ermənistanın Cənubi Koreya ilə hərbi əməkdaşlığı sual altındadır. Çünki Cənubi Koreyanın Ermənistanın silahlanmasına nə dərəcədə dəstək verəcəyi məlum deyil”.

Bu sözləri politoloq Samir Hümbətov Ermənistanın müdafiə naziri Suren Papikyanın Cənubi Koreyaya səfər etməsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Ermənistanın müdafiə naziri Suren Papikyanın uzaq Cənubi Koreyaya səfər edib.

Demək olarmı ki, Yerevan Cənubi Koreyanın hərbi texnikasına maraq göstərir? Ermənistan Fransa, Hindistan və İrandan sonra Cənubi Koreya da hərbi əməkdaşlıq imkanlarını necə dəyərləndirmək olar?

Ermənistanın yeni silahlanmaq cəhdini Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla ilə müzakirə edib.

Samir Hümbətov: “Bunun qarşısı alınmasa, hərbi əməkdaşlıq dərinləşsə, yeni eskalasiyanın, yaxud da müharibənin yaranması qaçınılmaz olacaq”.

Cənubi Qafqazda suların durumlarını istəməyən qüvvələrin olduğunu nəzərə çatdıran politoloq bildirib ki, həmin qüvvələr də bütün güclərindən istifadə edərkən, bölgədə gərginlik yaratmağa çalışırlar və Ermənistanı silahlandırırlar:

Ermənistan bir tərəfdən sülh mesajları verir, bir tərəfdən də silah-sursat və hərbi texnikanın alınması ilə məşğuldur. Ermənistan həm İrandan, həm Hindistandan, həm Fransadan, indi də Cənubi Koreyadan silah almaqla məşğuldur. Yəni Ermənistan açıq şəkildə silahlanır. Bunu həm region, həm qeyri-regional dövlətlər bilir. Ermənistan sonuncu dəfə İrandan 500 milyon dollar həcmində silah-sursat və hərbi texnika müqaviləsi bağladı. Bu da onu göstərir ki, Yerevan ciddi şəkildə silahlanır.

Bir tərəfdən də Paşinyan sülh danışığı adı altında bir imitasiyası həyata keçirir. Bu da o deməkdir ki, Paşinyanın məqsədi sülh çağırışı etməklə beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq, digər tərəfdən də silahlanmaqdır. Nəticə də, Ermənistanı silahlı militar dövlətə çevirmək istəyir. Görünür, Paşinyan bunu hədəfləyir və qarşıda yeni bir müharibə, döyüş aparmaq niyyətindədir. Buna görə də, açıq şəkildə silahlanır.

Samir Hümbətov: “Bu təkcə Azərbaycan üçün deyil, eyni zamanda regionda stabillikdə maraqlı olan dövlətlər üçün də mesajdır”.

Ermənistanın Cənubi Koreya ilə hərbi əməkdaşlığı sual altındadır. Çünki Cənubi Koreyanın Ermənistanın silahlanmasına nə dərəcədə dəstək verəcəyi məlum deyil. Amma hər bir vəziyyətdə Ermənistanın silahlanması reallaşır. Hesab edirəm ki, bu artıq bir siqnaldır.

Məlumdur ki, Cənubi Qafqazda suların durumlarını istəməyən qüvvələr var. Həmin qüvvələr də bütün güclərindən istifadə edərkən, bölgədə gərginlik yaratmağa çalışırlar və Ermənistanı silahlandırırlar. Bu da ciddi bir mesajdır. Bu təkcə Azərbaycan üçün deyil, eyni zamanda regionda stabillikdə maraqlı olan dövlətlər üçün də mesajdır. Hesab edirəm ki, bunun qarşısı alınmasa, hərbi əməkdaşlıq dərinləşsə, yeni eskalasiyanın, yaxud da müharibənin yaranması qaçınılmaz olacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Tatamiyə damğa vuran zəfər: Azərbaycan cüdoçularından tarixi nəticə

Qıcqırmış salat, gömgöy kəsmik.. - "Araz"da vaxtı keçmiş məhsullar satılır

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Azərbaycan klubu Çempionlar Liqasının qalibi olub

Ən çox oxunanalar