Belarus ölkənin cənubunda dövlət sərhədinin təhlükəsizliyini və müdafiəsini gücləndirib...
Poliqon xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç “Milli Müdafiə” jurnalına müsahibəsində deyib.
Volfoviçin sözlərinə görə, bu tədbir mövcud vəziyyətə adekvat cavab vermək üçün lazımdır. O, əlavə edib ki, ölkə sərhəddə əlavə birləşmələr və hərbi hissələr yerləşdirib.
“Vəziyyət Avropa qitəsinin daha da hərbiləşdirilməsinə, o cümlədən NATO-nun hərbi infrastrukturunun Belarus-Rusiya sərhədlərinə yaxınlaşdırılmasına yönəlmiş kollektiv Qərbin dağıdıcı fəaliyyətinin təsiri altında hələ də inkişaf edir”, deyə Volfoviç vurğulayıb.
Belarus Təhlükəsizlik Şurasının dövlət katibi həmçinin bildirib ki, pilotsuz uçuş aparatlarına qarşı kompleks mübarizə və əks-təxribat hərəkətləri sisteminin effektivliyinin artırılmasına xüsusi diqqət yetirilir.
Poliqon.info