Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biznes kreditlərinə tələbi artıran səbəblər...

Bankların gözləntilərinə əsasən 2024-cü ilin III rübündə biznes kreditləri, xüsusilə MKOS kreditləri üzrə tələbdə artım müşahidə olunacaq...

İqtisadçı-ekspert: “Biznes kreditlərinə tələbin artmasının səbəbi odur ki, ilin ikinci yarısında iqtisadi aktivlik daha yüksək olur”.

“İlin ikinci yarısında büdcədən də xərcləmələr daha rəvan və gözlənilən olur. Yəni tam gücü ilə büdcə, investisiya xərcləri həyata keçirilir. Bu da imkan verir ki, aktivlik artısın”.

Bu sözləri iqtisadçı-ekspert Xalid Kərimli Azərbaycan Mərkəzi Bankının kreditləşmə fəaliyyətinə dair sorğusunun nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

2024-cü ilin II rübündə sorğu nəticələrinə əsasən mikro, kiçik və orta sahibkarlıq (MKOS) subyektlərinə verilən kreditlər üzrə standartlarda yumşalma, iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarında dəyişiklik müşahidə edilməyib. Banklar tərəfindən növbəti rübdə MKOS subyektlərinə kreditlər üzrə standartlarda yumşalmanın davam etməsi, iri sahibkarlıq subyektlərinə kreditlər üzrə standartlarda isə dəyişiklik olmaması gözlənilir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.

Sorğunun nəticələrində qeyd edilib ki, 2024-cü ilin II rübündə MKOS subyektlərinə verilən kreditlərə tələbdə artım davam edib. Bankların gözləntilərinə əsasən 2024-cü ilin III rübündə biznes kreditləri, xüsusilə MKOS kreditləri üzrə tələbdə artım müşahidə olunacaq.

Bu proqnoz barədə nə demək olar? Biznes kreditlərinə tələbi artıran səbəblər nədir?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Xalid Kərimli ilə müzakirə edib.

Xalid Kərimli: “Bu il iqtisadi artım daha yaxşıdır. Banklar da bunun əsasında proqnozlarını verirlər”.

Bu ilki iqtisadi aktivliyin keçən illə müqayisədə daha yüksək olduğunu vurğulayan ekspert əlavə edib ki, keçən ilin bu dövrlərində iqtisadi artım yox idi:

“Biznes kreditlərinə tələbin artmasının səbəbi odur ki, ilin ikinci yarısında iqtisadi aktivlik daha yüksək olur. Biznes baxımından birinci rübdə büdcə gec açıldığına, ikinci rübdə tətillər olduğuna görə, üçüncü və dördüncü rüblər daha aktiv olur. Buna görə də, banklar belə bir gözləntilərini ehtiva edirlər.

Eyni zamanda, ilin ikinci yarısında büdcədən də xərcləmələr daha rəvan və gözlənilən olur. Yəni tam gücü ilə büdcə, investisiya xərcləri həyata keçirilir. Bu da imkan verir ki, aktivlik artısın.

Onu da qeyd edim ki, bu ilki iqtisadi aktivlik keçən illə müqayisədə daha yüksəkdir. Keçən ilin bu dövrlərində iqtisadi artım yox idi. Amma bu il iqtisadi artım daha yaxşıdır. Banklar da bunun əsasında proqnozlarını verirlər. Banklar müştərilərinin fəaliyyətləri haqqında məlumatlı olurlar. Yəni banklar müştərilərin fəaliyyətlərini proqnozlaşdırırlar”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Risk: “Unibank” bu həftə 501 müştərisi ilə bağlı məhkəməyə müraciət edib...

Cəbhədə nə baş verir? - Rusiya ağır itkilər verir, Ukrayna əraziləri tədricən təslim edir...

Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - Yenilənib

Fəaliyyətini dayandıran “Xaliq Faiqoğlu” necə sərnişindaşıma xidməti göstərir? – Müəmma

Ən çox oxunanalar