Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bolqarıstan kombinatı SOCAR ilə birlikdə Panaqyurişteni qazlaşdırmağı planlaşdırır

Bolqarıstanın “Asarel Medet” dağ-mədən zənginləşdirmə kombinatı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə ölkənin Panaqyurişte şəhərinin (Pazarcik əyalətində, Sofiyadan 91 km şərqdə yerləşir) qazlaşdırılmasını həyata keçirməyi planlaşdırır...

Bu barədə “Report”a kombinatın icraçı direktoru Nikolay Peltekov məlumat verib.

“Biz SOCAR ilə birlikdə şirkətimizin yerləşdiyi Panaqyurişte bələdiyyəsinin qazlaşdırılması layihəsini hazırlayırıq. Gələn il bu bələdiyyənin inzibati mərkəzi olan Panaqyuriştenin birgə qazlaşdırılmasına başlamağı planlaşdırırıq”, - icraçı direktor bildirib.

O qeyd edib ki, bu layihənin həyata keçirilməsi yaşayış evlərinin əsasən bərk yanacaqla qızdırıldığı regiona son dərəcə müsbət təsir göstərəcək.

N.Peltekov onu da xatırladıb ki, bu ilin iyun ayında SOCAR Bolqarıstanın sənaye müəssisələrinə, o cümlədən “Asarel Medet” kombinatına qaz tədarükünə başlayıb: “Biz strateji tərəfdaşımız olan SOCAR-ın uzunmüddətli perspektivdə bizi rəqabətqabiliyyətli qiymətlərlə qazla təmin edəcəyini gözləyirik”.

Qeyd edək ki, “Asarel Medet” kombinatı Bolqarıstanda mis və digər filiz növlərinin açıq üsulla hasilatını və emalını həyata keçirən ən böyük şirkətdir. Şirkət yüksək keyfiyyətli mis konsentratları və katod misi istehsal və tədarük edir. Bu il mayın 8-də SOCAR və “Asarel Investment” (“Asarel Medet” kombinatının törəməsi) arasında Anlaşma Memorandumu imzalanıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Risk: “Unibank” bu həftə 501 müştərisi ilə bağlı məhkəməyə müraciət edib...

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Cəbhədə nə baş verir? - Rusiya ağır itkilər verir, Ukrayna əraziləri tədricən təslim edir...

Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - Yenilənib

Fəaliyyətini dayandıran “Xaliq Faiqoğlu” necə sərnişindaşıma xidməti göstərir? – Müəmma

Ən çox oxunanalar