Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ursula fon der Leyenin Avropa ölkələrinə təzyiqi...

Avropa Komissiyası rəhbəri Aİ ölkələrinə qadınları Avropa komissarı vəzifələrinə irəli sürmək üçün təzyiq edir...

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen yeni Avropa Komissiyalarında Komissar vəzifələrinə qadınların namizədliyini irəli sürmək üçün Avropa İttifaqı (Aİ) ölkələrinə təzyiq edir.

Poliqon xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, xanım fon der Leyen bununla gender balansının təmin edilməsi ilə bağlı verdiyi vədi yerinə yetirməsə, üzləşəcəyi tənqidlərdən qaçmaq istəyir.

Qəzetin mənbələrinin sözlərinə görə, AK rəhbəri artıq irəli sürülmüş kişi namizədləri qadınlarla əvəz etmək üçün Malta və Sloveniya da daxil olmaqla azı beş Aİ ölkəsinə təzyiq edib. Ursula fon der Leyen həmçinin açıq şəkildə Aİ liderlərinə məktubunda hər bir komissar vəzifəsi üçün bir kişi və bir qadın namizədi təqdim etməyi xahiş edib. Lakin “Politico”ya görə, əksər ölkələr bu tələbi dinləməkdən imtina edərək, Bolqarıstan istisna olmaqla, bir ad təqdim ediblər. Diplomatlardan biri izah edib ki, Maltanın baş naziri Robert Abela ölkənin artıq seçilmiş namizədini Ursula fon der Leyenin nüfuzuna xələl gətirməmək üçün qadınla əvəz etməyəcək.

Qeyd edək ki, Ursula fon der Leyen Almaniyanın keçmiş müdafiə naziridir. O, 2019-cu ildə AK-nin rəhbəri seçilərək bu vəzifəni tutan ilk qadın olub. 2024-cü ilin iyulunda o, beş il müddətə yenidən seçilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bərdədə iki gün əvvəl itkin düşən 15 yazlı qızın meyiti tapılıb

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay