Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun şikayəti üzrə məhkəmə başlayıb

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb...

APA xəbər verir ki, bu gün Gəncə Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib.

Baxış iclası sentyabrın 6-na təyin olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, sabiq icra başçısı 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmü ilə sabiq icra başçısının satılmış və dəyəri dövlət büdcəsinə vurulmuş ziyana yönəldilməsi ilə əlaqədar məhkəmə depozitinə köçürüldüyündən iki əmlakı üzərindən həbs qərarı götürülüb.

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay