Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UNEC rektorunun müşaviri Banqladeşin yeni hökumət başçısı kimi and içib

Nobel Sülh Mükafatı laureatı, Banqladeşin müvəqqəti hökumətinin başçısı Məhəmməd Yunusun and içmə mərasimi baş tutub...

Oxu.Az xəbər verir ki, bu barədə "Jamuna TV" telekanalı məlumat yayıb.

Banqladeş Prezidenti Şahabuddin Çuppu da müvəqqəti hökumətin 14 müşavirini and içməyə təşviq edib. Yaxın vaxtlarda Yunusun formalaşdıracağı gələcək hökumət üzvlərinin də iştirakı ilə oxşar mərasimin keçirilməsi gözlənilir.

Qeyd edək ki, avqustun 5-də Banqladeşin baş naziri Şeyx Hasina kütləvi etirazlara görə istefa verib və ölkəni tərk edib. O, Hindistana gedib və oradan Böyük Britaniyadan siyasi sığınacaq istəyib. Banqladeşdə küçə iğtişaşlarında 400-dən çox insan həlak olub.

Xatırladaq ki, Məhəmməd Yunus 2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) fəxri professoru adına layiq görülüb, 2024-cü ilin aprelində isə UNEC rektoru Ədalət Muradovun müşaviri təyin edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

Türkiyədə yaxşı tətil keçirmək üçün hara getmək lazımdır? - Fotolar

İşdən çıxarılan icra başçısının mülkləri…

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Paris-2024: Bu gün Azərbaycanın üç güləşçisi və bədii gimnastı yarışacaq

Ən çox oxunanalar