Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakcell” ən geniş partnyor şəbəkəsinə malik debet kartını təqdim edir

Ölkənin ən böyük özəl mobil operatoru “Bakcell” ilk debet kartını - "Bakcell Kart"ı təqdim edir. Ölkənin birinci bankı “Kapital Bank”la birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirilən “Bakcell kart” ən geniş partnyor şəbəkəsinə malik debet kartdır.

“Bakcell Kart”ın üstünlükləri nələrdir?

“Bakcell Kart” abunəçilərə partnyor mağazalardan 30%-dək keşbek qazandıracaq. Ödənişsiz təqdim olunacaq kartda köçürmə və nağdlaşdırma zamanı komissiya haqqı tutulmayacaq. Eyni zamanda, kart sahibləri xüsusi “Bakcell” kampaniyaları, həmçinin “Ulduzum Premium”un üstünlüklərindən faydalana biləcəklər. Bundan əlavə, "Bakcell" tətbiqi üzərindən nömrənin balansı artırıldığı təqdirdə abunəçilərə xüsusi data (internet) bonuslar hədiyyə olunacaq.

“Bakcell Kartı” necə əldə etmək olar?

“Bakcell Kart”ı üç valyutada AZN/USD/EUR olaraq "Bakcell" tətbiqi üzərindən asanlıqla sifariş etmək olar. Debet kartı həm rəqəmsal, həm də fiziki formada təqdim olunur. Kart fiziki formada sifariş verildikdə müştərinin istəyinə uyğun olaraq ünvana çatdırıla və ya təyin edilən “Kapital Bank” filialından əldə edilə bilər. Aktiv “Bakcell” nömrəsi olan bütün abunəçilər “Bakcell Kartı” pulsuz şəkildə sifariş edə bilərlər.

"Bakcell Kart"ı "Bakcell" tətbiqi üzərindən sifariş vermək üçün linkə keçid edin: https://onelink.to/bakcell

Qeyd edək ki, “Bakcell Kart” abunəçilərə innovativ məhsul və xidmətləri təqdim edən “Bakcell”in ilk fintex (maliyyə texnologiyası) məhsuldur. Şirkət qarşıdakı dövrdə bir sıra yeni məhsulları abunəçilərin ixtiyarına verəcək.

Partnyor mağazaların siyahısı ilə bu link vasitəsilə tanış olmaq olar: https://birbank.az/partners

Poliqon.info


Etiket: Bakcell


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Deputatın rektor olduğu universitet cərimələnir

Hindistanın ilk "Akash-1S" zenit-raket kompleksləri Ermənistana çatdırılacaq

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə 

AEBA AES-in yerləşdiyi Kursk vilayətindəki vəziyyəti izləyir

Ən çox oxunanalar