Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nigeriyada etirazçılar üçün Rusiya bayraqları tikən dərzilər saxlanılıb

Nigeriyada hökumət əleyhinə nümayişlərdə Rusiya bayraqları hazırladıqları üçün bir neçə dərzi saxlanılıb...

Poliqon Reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkənin dövlət məxfi polisi məlumat yayıb.

Bundan əlavə, dərzilərin bəzi sponsorları saxlanılıb. Bu barədə sosial şəbəkədə yerli polis məlumat yayıb.

İdarə araşdırmanın davam etdiyini vurğulayıb. Nə qədər dərzi və onların sponsorlarının saxlanıldığı dəqiqləşdirilməyib.

Reuters-in qeyd etdiyi kimi, Nigeriya hüquq-mühafizə orqanlarının hərəkətləri Qərbi Afrikada Rusiyanın fəallığının artması ilə bağlı narahatlıqları vurğulayır.

Avqustun 1-dən yüz minlərlə nigeriyalı benzin və elektrik subsidiyalarının, valyuta devalvasiyasının və inflyasiyanın 30 ilin ən yüksək səviyyəsinə qismən son qoymasına səbəb olan iqtisadi islahatlara qarşı etiraz aksiyası keçirir.

Şimaldakı Borno, Kaduna, Kano və Katsina əyalətlərində etirazçılar yüzlərlə Rusiya bayraqları dalğalandırıb, bəziləri isə hərbçilərin nəzarətə götürülməsinə çağırıblar. Bu aksiyaların iştirakçılarından biri Reuters agentliyinə bildirib ki, Rusiya digər ölkələrdən fərqli olaraq Afrika ölkələrinin "inkişafını həmişə dəstəkləyib".

Nigeriyanın Müdafiə Qərargah rəisi, general Kristofer Musa hökumət əleyhinə nümayişlər zamanı Rusiya bayrağının dalğalanmasını xəyanətkar cinayət adlandırıb. O əlavə edib ki, saxlanılanlara qarşı ciddi tədbirlər görüləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

Azərbaycan XİN Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatına cavab verib

İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

Paşinyan parlamentdə danışdı: "Azərbaycana 16 maddədən ibarət sülh sazişi imzalamağı təklif edirik"    

Ən çox oxunanalar