Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeniyetmənin katerin altında qalması ilə bağlı yeni detallar

Dünən Mingəçevir su anbarında 16 yaşlı Nəsib Kazımlı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb...

"Qafqazinfo"nun məlumatına görə, hadisənin yeniyetmənin təhlükəsizlik qaydalarına əməl etməməsi səbəbindən baş verdiyi məlum olub. Belə ki, N.Kazımlı təhlükəsizlik səddini keçib və su anbarındakı şardan öndə üzüb. Bu zaman yaxınlaşan kateri görən yeniyetmə suyun altına dalaraq xəsarət almaqdan yayınmaq istəsə də, başından ağır zədə alıb. Son anda katerin altında adam qaldığını görən şəxs nəqliyyat vasitəsini saxlayaraq ona kömək edib və sahilə çıxarıb.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, 16 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya qəbul edilib. Baş nahiyəsindən xəsarətlər alan Nəsibin həyatına təhlükənin olmadığı qeyd edilib.

Qeyd edək ki, N.Kazımlı xəstəxanaya alın sümüyünün qəlpəli sınığı, subaraxnoidal qanaxma, burun sümüyünün sınığı, alın-təpə nahiyəsinin kəsilmiş-cırılmış yarası, sol bud nahiyəsinin orta hissəsinin kəsilmiş yarası diaqnozları ilə daxil olub və reanimasiyaya yerləşdirilib.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Azərbaycan XİN Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatına cavab verib

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

Bu ölkə Türkiyəyə sanksiyanı aradan qaldırdı

Bakıda avtomobil marketə çırpılıb, yaralananlar var - Video, Yenilənib

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Ən çox oxunanalar