Fələstin BMT-yə tamhüquqlu dövlət üzvlüyü əldə etmək istiqamətində fəaliyyətini davam etdirəcək...
Poliqon xəbər verir ki, bu barədə Fələstin prezidenti Mahmud Abbas “RİA Novosti” Agentliyinə müsahibəsində bildirib.
“Biz təşkilata tamhüquqlu üzvlük əldə etmək məqsədi ilə BMT-də fəaliyyətimizi davam etdirəcəyik”, deyə Fələstin lideri vurğulayıb.
Abbasın sözlərinə görə, Fələstinin xarici siyasət strategiyasına dövlətin ərazisinin işğalına son qoyulması üçün səylərin davam etdirilməsi daxildir.
Eyni zamanda, Fələstin prezidenti qeyd edib ki, dövlət daha çox ölkə tərəfindən tanınmağa çalışacaq.
Qeyd edək ki, Mahmud Abbas Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasından sonra Fələstində milli razılıq hökumətinin yaradılması ilə bağlı məsləhətləşmələrin başlayacağını bildirib.
Poliqon.info