Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərblə Rusiya arasında böyük məhbus mübadiləsi gözlənilir...

WSJ jurnalisti Gerşkoviç mübadilə çərçivəsində 24 saat ərzində ABŞ-a qayıdacaq...

Poliqon xəbər verir ki, bu barədə Fox News telekanalının aparıcısı Treys Hallaher bildirib. Jurnalist iddia edib ki, Rusiyada casusluq ittihamı ilə mühakimə olunan The Wall Street Journal qəzetinin jurnalisti Evan Qerşkoviç mübadilə çərçivəsində azad olunaraq ABŞ-a qaytarıla bilər. Teleaparıcının sözlərinə görə, bu barədə məlumatı telekanalın ABŞ-ın milli təhlükəsizlik məsələlərini işıqlandıran müxbiri Cennifer Qriffindən alıb.

Fox News müxbirinin verdiyi məlumata görə, Rusiyada 16 il cəza koloniyasında cəza çəkən Evan Gerşkoviç 24 saat ərzində ABŞ-a gələcək. Telekanalın aparıcısı başqa təfərrüatları açıqlamayıb.

Bir gün əvvəl, iyulun 31-də Sloveniyanın N1 telekanalı Rusiya, ABŞ, Almaniya və Belarus arasında böyük məhbus mübadiləsinin hazırlandığı barədə məlumat yayıb. Kanalın məlumatına görə, Evan Gerşkoviç də mübadilə olunanlar olacaq.

Həmçinin hazırda Rusiya həbsxanalarında olan bir çox müxalif siyasətçilərin də Putin tərəfindən əfv olunaraq Qərb ölkələrinə göndəriləcəkləri bildirilir.

Xatırladaq ki, Evan Gerşkoviç 2023-cü il martın 30-dan Rusiyada həbsdədir. 2024-cü il iyulun 19-da Sverdlovsk vilayət məhkəməsi onu casusluqda təqsirli bilib və 16 il müddətinə azadlıqdan məhrum edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Dövlət qulluqçularının ömürlük müavinətinin hansı halda dayandırılacağı məlum olub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay