Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədov: Qərb vasitəçiliyi iflasa uğrayıb, Rusiya isə boşluğu doldurmağa cəhd edir...

Rusiyanın “Nezavisimaya gazeta” nəşri yazıb ki, Bakıda COP29 tədbirləri zamanı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər...

Siyasi-şərhçi: “Rusiya yenidən öz təşəbbüsünü irəli sürür ki, Moskva da belə danışıqlar təşkil edə bilər. Lakin Rusiya çox yaxşı anlayır ki, Ermənistan tərəfi buna getməyəcək”.

“Hal-hazırkı şəraitdə Qərb vasitəçiliyi iflasa uğrayıb. Londonda baş tutmayan görüş də, bu iflasın bir təzahürüdür”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Rusiya nəşrinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanacağı iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Rusiyanın “Nezavisimaya gazeta” nəşri yazıb ki, BMT-nin iqlim dəyişikliyi üzrə beynəlxalq konfransı (COP29) çərçivəsində Bakıda AzərbaycanErmənistan arasında sülh müqaviləsi imzalana bilər. Eyni zamana Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin rəsmi Moskvanın Bakıyla İrəvan arasında barışığı dəstəkləməyə hazır olduğunu təsdiqləyib. Görünən odur ki, son vaxtlar rəsmi Moskvanın ritorikasında Cənubi Qafqazdakı proseslərdə aktivləşmək istəyi daha qabarıq şəkildə özünü göstərməyə başlayıb.

Hazırda Cənubi Qafqazda sülhün bərqərar olması Moskvanın maraqlarını təmin edirmi və Rusiya bu sülhdən Qərbdən daha çox yararlana bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Məhdud resursları ilə Rusiya hal-hazırki mövqelərini qoruyub saxlamağa çalışır”.

İndi Qərbin Ermənistan vasitəsilə müəyyən təşəbbüslərə yiyələnmək istədiyini vurğulayan ekspert Poliqon-a bildirib ki, bu cəhdlər nəticəsi olmayan təşəbbüslərdir:

“İlk növbədə Rusiyanın bu təklifi nə vaxt etdiyinə nəzər salmaq lazımdır. Eyni zamanda, təklifin məzmununun nədən ibarət olduğunu bilmək lazımdır. Hal-hazırkı şəraitdə Qərb vasitəçiliyi iflasa uğrayıb. Londonda baş tutmayan görüş də, bu iflasın bir təzahürüdür.

Belə olan şəraitdə, Rusiya boşluğu doldurmağa cəhd edir və yenidən öz təşəbbüsünü irəli sürür ki, Moskva da belə danışıqlar təşkil edə bilər. Lakin Rusiya çox yaxşı anlayır ki, Ermənistan tərəfi buna getməyəcək.

Rusiya nəyə görə bunu edir? Çünki öz məhdud resursları ilə Rusiya hal-hazırki mövqelərini qoruyub saxlamağa çalışır.

Moskva bunu əsasən hərbi-siyasi kontekstdə etmək istəyir. Səbəb də odur ki, Ermənistan Rusiyanın cızdığı qırmızı xətti keçməsin. Yəni KTMT-dən çıxmasın, Rusiya ilə hərbi müttəfiqliyə yenidən baxmasın və s. Moskva faktiki olaraq buna nail olur.

İqtisadi baxımdan isə, əksinə olaraq Rusiyanın resursları regionda artıb. Biz regional üç ölkənin Rusiya ilə iqtisadi əlaqələrinə baxsaq görərik ki, ümumi artımlar var. Bu artımlar Ermənistan istiqamətində isə ümumiyyətlə fantastikdir. İki ölkə arasında bu ilin ilk 5 ayı ərzində ümumi ticarət dövriyyəsi 6 milyard dolları keçib. Belə templə getsələr, ilin sonuna qədər onların ticarət dövriyyəsi 10-12 milyard dollara çatacaq.

Fərhad Məmmədov: “Rusiya Ermənistan-Azərbaycan sülh prosesində rol almaq istəyirdi. Lakin nə sərhəd, nə sülh sazişinin hazırlanmasında Rusiyanın rolu yoxdur”.

Əlbəttə, Rusiya mövcud resurslardan istifadə edərək region proseslərində iştirakını təmin edə bilər. Lakin həm Ermənistan, həm də Azərbaycanın ikitərəfli formatının alternativsizliyini qəbul etmirlər. Bu prosesdə digər ölkələrin iştirakına o qədər də isti baxmırlar.

İndi Qərb Ermənistan vasitəsilə müəyyən təşəbbüslərə yiyələnmək istəyir. Amma bunlar yersiz və nəticəsi olmayan bir təşəbbüslərdir.

Rusiya isə Ermənistan-Azərbaycan sülhündə rol almaq istəyirdi. Lakin nə sərhəd, nə sülh sazişinin hazırlanmasında Rusiyanın rolu yoxdur.

Rusiyanın bir rolu üçtərəfli bəyanatda, kommunikasiyaların açılmasında var. Orda da artıq Ermənistan öz ərazisində Rusiya üçün məhdudiyyətlər tətbiq edib. Lakin kommunikasiyalar açılmayıb. Hamı da başa düşür ki, RusiyaErmənistanda kommunikasiya məsələlərində tutduğu mövqeni inkar etmək mümkün deyil. Çünki Ermənistanın dəmir yolları Rusiyaya məxsusdur”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

Elxan Şahinoğlundan Ağdamın icra başçısına ismarıc...

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

Politoloq: Belə görünür ki, savaş qapıdadır...

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pillədə qərarlaşıb

Yaşı 100 və 100-dən çox olan pensiyaçıların sayı açıqlanıb

Ən çox oxunanalar