Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MİQ imtahanlarında iki test tapşırığında doğru cavab olmayıb

İbtidai sinif və biologiya fənləri üzrə iştirakçılara təqdim edilmiş test tapşırıqlarının birinin cavab variantları arasında doğru cavabın verilmədiyi aşkarlanıb...

Bu barədə Poliqon-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, namizədlərin apellyasiya müraciətlərinə əsasən, suallar ekspertlər tərəfindən yenidən yoxlanılıb. Nəticədə ibtidai sinif və biologiya fənləri üzrə iştirakçılara təqdim edilmiş test tapşırıqlarının birinin cavab variantları arasında doğru cavabın verilmədiyi aşkarlanıb. Doğru cavab təqdim olunmuş seçimlər arasında olmadığı üçün qeyd edilmiş tapşırıq üzrə nəticələr yenidən hesablanıb.

Sualların bütün namizədlərə düzgün olaraq hesablanması ilə sistemdə olan doğru variantı seçən şəxslərin nəticələri sabit qalıb. Test tapşırıqlarını səhv və ya cavablandırmayan şəxslərin imtahan nəticələri isə xeyrinə nəzərə alınmaqla yenidən hesablanıb.

İyulun 2-10-da təşkil olunan müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin apellyasiya müraciətləri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola bilərlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - Yenilənib

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

2024-cü il Olimpiadasında ilk dünya rekordu qeydə alınıb

Ən çox oxunanalar