Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Putinlə danışıqlara hazır deyil...

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə yeni təmaslara hələ hazır olmadığını bildirib...

Poliqon xəbər verir ki, bu barədə Co Bayden NATO-nun Vaşinqtonda keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında danışıb. ABŞ prezidenti hesab edir ki, onların indi ünsiyyət qurması üçün heç bir məcburi səbəb yoxdur.

Amerika prezidenti qeyd edib ki, Putin davranışını dəyişmək baxımından az şey etməyə hazırdır.

“Elə bir dünya lideri yoxdur ki, onunla razılaşmağa hazır olmasın, amma sual Putinin danışmağa hazır olub-olmamasıdır. Şəxsən mən Putin öz davranışını dəyişməyə hazır olmayana qədər onunla danışmağa hazır deyiləm”, deyə Bayden bildirib.

Xatırladaq ki, ABŞRusiya prezidentləri sonuncu dəfə 2022-ci il fevralın 12-də telefonla danışıblar. Onların söhbəti zamanı Putin deyib ki, ABŞ-ın Ukraynanı dəstəkləməsi səhvdir. Bundan bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron RusiyaABŞ liderləri arasında zirvə görüşünün keçirilməsini təklif edib. Vaşinqton razılaşsa da, Kreml təklifə cavab verməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Ən çox oxunanalar