Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatında finala yüksəlib

Azərbaycanın üç sərbəst güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında finala yüksəlib...

"Report" Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Camal Abbasov (61 kq) italiyalı Paskuale Liuzziyə (7:2), slovakiyalı Robert Meszarosa (10:0) və belaruslu Yanis Katoka (tuş) qalib gələrək yarımfinala yüksəlib.

C.Abbasov yarımfinalda türkiyəli Tolqa Özbekdən güclü olub – 5:1. O, finalda rusiyalı Andrey Midlovetslə qarşılaşacaq.

Əhməd Əhmədli (74 kq) təsnifat mərhələsində türkiyəli İbrahim Yapraka 1:4 hesabıyla məğlub olub.

Sadiq Mustafazadə (86 kq) israilli Tomer Drojniyaka (10:0), ukraynalı Pavlo Vaskovskiyə (12:2) və belaruslu Aleksey Kulakova (6:5) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Güləşçi yarımfinalda moldovalı Aleksandru Borsla gərgin mübarizə şəraitində keçən qarşılaşmada sevinən tərəf olub – 9:7. S.Mustafazadə finalda rusiyalı İbrahim Kadiyevlə güləşəcək.

Anar Cəfərli (92 kq) italiyalı Vassili Quccini (12:0) və belaruslu Vadim Bandarkov (8:0) üzərində inamlı qələbə qazanıb. İdmançı yarımfinalda bolqarıstanlı Sali Saliyevə də heç bir şans tanımayıb – 10:0. A.Cəfərli finalda rusiyalı Mustafagadji Malaxdibirovla üz-üzə gələcək.

Yusif Dursunov (125 kq) ermənistanlı Henrik Haykyanı (4:3) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Xabib Davudqadjiyevlə bacarmayıb – 2:10. Rəqib finaladək irəlilədiyi üçün Y.Dursunov sabah təsəlliverici görüşdə italiyalı Martino Piliero ilə qarşılaşacaq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

Ən çox oxunanalar