Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atanın verdiyi "şirinliyə" etiraz edən mama-ginekoloq işindən oldu

Bir neçə gün öncə sosial şəbəkə platformalarında Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evində tibb işçisinin qızı dünyaya gələn atadan “şirinlik” tələb etməsi ilə bağlı görüntü yayılmışdı...

Görüntüyə görə, həmin şəxs “şirinlik” məbləği az olduğu üçün ataya etirazını bildirirdi.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən görüntüdə əks olunan hadisə ilə bağlı TƏBİB tərəfindən geniş araşdırma aparılaraq müvafiq inzibati tədbirlər görülüb:

"Araşdırmanın yekun nəticələrinə əsasən, Lökbatan Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Doğum evinin Doğum şöbəsinin həkim-mama-ginekoloqu Məmmədova Sevinc Malik qızının əmək müqaviləsinə iyunun 27-də xitam verilib".

Xatırladaq, iyunun 19-da saat 11:05 radələrində 2005-ci il təvəllüdlü şəxs doğuş üçün Lökbatan Tibb Mərkəzinin nəznində yerləşən 4 saylı Doğum evinə müraciət edib. Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30-da radələrində pasiyentin qız övladı dünyaya gəlib.

Poliqon.info


Etiket: TƏBİB rüşvət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

Ən çox oxunanalar