Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda Avropa İttifaqına girmək üçün referendum keçirilə bilər...

Ermənistanın “Demokratik Qüvvələrin Platforması” təcili olaraq Aİ-yə üzvlüklə bağlı referendum keçirməyi təklif edir...

“Demokratik Qüvvələrin Platforması” ölkə hakimiyyətinə 3-4 ay ərzində Avropa İttifaqına daxil olmaq üçün referendum keçirməyi təklif edir.

Poliqon Ermənistan mətbuatına əsasən xəbər verir ki, iyunun 21-də bu mövzuda parlament dinləmələrinin keçirilməsi nəzərdə tutulub. Bu gün isə bu mövzuda forum çağırılıb.

Forumda ictimai təşkilatların və siyasi partiyaların nümayəndələri bir araya gəlib. Hakim “Mülki müqavilə” partiyasının nümayəndəsi müzakirələrə qoşulmayıb.

“Bu, bizim tariximizdə 2-3 il əvvəl təsəvvür edə bilmədiyimiz dönüşdür”, - deyə forumda “Azad Vətəndaş” ictimai təşkilatının rəhbəri Hovsep Xurşudyan bildirib.

“Təşəbbüsün bir məqsədi var. Ermənistanı mümkün qlobal təlatümlərdən qorumaq və təlatümdən itkisiz çıxmaq”, deyə “Respublika” Partiyasının lideri Aram Sarkisyan bildirib. Siyasətçi qeyd edib ki, məsələ ictimai əhəmiyyət kəsb edir, ona görə də parlamentin Avropaya inteqrasiya komissiyasında müzakirələrə başlanılıb, Milli Assambleyada da dinləmələr keçiriləcək.

Qeyd edək ki, parlamentin Avropaya inteqrasiya daimi komissiyası iyunun 21-də “Ermənistanın Avropa İttifaqına daxil olmaq ərizəsi ilə bağlı referendumun keçirilməsi təklifi” mövzusunda parlament dinləmələri təşkil edəcək. Dinləmələrin keçirilməsi təşəbbüsü ilə bir sıra qeyri-parlament partiyalarından ibarət “Demokratik Qüvvələrin Platforması” çıxış edib.


Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Futbol üzrə dünya çempionatının final oyununun keçiriləcəyi yer açıqlandı

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib - Xəbərdarlıq

Komitə: 4 uşağını küçəyə atdığı deyilən qadının kimliyi müəyyən olunub

Si Cinpin Azərbaycan Prezidentini Çinə dövlət səfərinə dəvət edib

Ən çox oxunanalar