Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İspanaqdakı ölümcül təhlükə

Nyu-Yorkda yerləşən şirkət potensial ölümcül "Listeria monocytogenes" bakteriyasının izləri aşkar edildiyi üçün 40 növ ispanağı geri çağırıb...

Poliqon medicina.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Qida və Dərman İdarəsi (FDA) məlumat yayıb.

Bildirilib ki, bu bakteriya xüsusilə zəif immun sistemi olan insanlar, yaşlılar və hamilə qadınlar üçün təhlükəli ola bilər.
Listeria infeksiyası adətən sağlam insanlarda qızdırma, əzələ ağrıları, baş ağrısı və ürəkbulanma kimi qısamüddətli simptomlara səbəb olsa da, ağır hallarda ölümcül ola bilir.

Geri çağırılan məhsullar şirkətin Nyu Yorkdakı istehsalat müəssisəsində istehsal edilib və müxtəlif qablaşdırma variantlarında buraxılıb.

Şirkət rəsmiləri istehlakçılara bu məhsullardan istifadə etməməyi və aldıqları yerə qaytarmağı tövsiyə edib. Onlara məhsul üçün ödədikləri məbləğin tam şəkildə geri qaytarılacağı bildirilib.

FDA geri çağırışın istehlakçıları qorumaq və potensial sağlamlıq risklərini minimuma endirmək məqsədi daşıdığını vurğulayıb.

Bu hadisə qida təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb və tədarük zəncirinin bütün mərhələlərində daha sərt nəzarətin vacibliyini yenidən gündəmə gətirib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

Bakıdakı məşhur məktəbdə yoxlama - Direktor işdən çıxarıldı

Xalq artisti açıq havada konsert verdi, geyimi gündəm oldu - Video

Şuşada TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib - Yenilənib

Ən çox oxunanalar