Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəşad Sadıqov: "Qarabağ"a layiqli müqavimət göstərməyə çalışacağıq

Rəqibə layiqli müqavimət göstərməyə çalışacağıq...

"Report"un məlumatına görə, bunu Azərbaycan Kubokunun "Qarabağ"la final matçından öncə bu gün keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, ciddi rəqibə qarşı oynayacaqlarını söyləyib: "Ajiotaj var. Bunu biletlərin satışından bilirik. Azarkeşlər oyuna maraq göstərirlər. İkinci dəfədir ki, "Qarabağ"la qarşılaşırıq. Ötən dəfə penaltilər seriyasında rəqib qazandı. Avropa Liqasının 1/8 finalına yüksəlmiş komanda ilə oynayacağıq. Rəqibə layiqli müqavimət göstərməyə çalışacağıq".

O, "Qarabağ"a qarşı oyunlarda pis çıxış etmədiklərini bildirib: "Final matçı ilə bağlı nəsə demək çətindir. "Qarabağ"la üç oyunda pis çıxış etməmişik. Düşünürəm ki, itkilər o qədər də təsir etməyəcək. Hər kəs əlindən gələni edəcək".

R.Sadıqov bu mövsüm klub tarixinin ən yaxşı nəticəsini qazandıqlarını vurğulayıb: "Həm finala yüksəlməuimiz, həm də Premyer Liqada ikinci yeri tutmağımız "Zirə" üçün bəlkə də tarixin ən yaxşı göstəricisidir. Final görüşündə nə olacağını isə zaman göstərəcək".

Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı iyunun 2-də, saat 20.00-da "Liv Bona Dea Arena"da keçiriləcək.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı olub - Yenilənib

Ən çox oxunanalar