Çərşənbə axşamı, 09 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Trampı planet üçün təhlükə adlandırıb və Hitlerlə müqayisə edib

Amerikanın keçmiş lideri Donald Tramp bütün planet üçün təhlükə yaradır...

Poliqon xəbər verir ki, bunu Massaçusets ştatının Boston şəhərində seçki kampaniyası üçün vəsait toplama tədbirində çıxış edən ABŞ-ın hazırkı prezidenti Co Bayden deyib.

"O, planet üçün təhlükə yaradır. Tramp sadəcə insanlara deyir ki, ona bir milyon dollar versələr, onlara istədikləri hər şeyi verəcək. 2016-cı ildə Trampın bizə heç kimin puluna ehtiyacı olmadığını söyləməsindən xeyli yol qət etmişik. Onun çoxlu pulu var idi. İndi o qədər ümidsizdir ki, İncil və qızıl ayaqqabıları satır", deyə Bayden bildirib.

Martın sonunda, Qriqorian təqviminə görə ABŞ-da qeyd olunan Pasxa bayramı üçün Tramp Amerikada "dini ruhu dirçəltmək" və onu "yenə möhtəşəm etmək" üçün İncilin nüsxələrini 60 dollara satmağa başlayıb. Fevralın ortalarında eks-prezidentin satışa çıxardığı məhdud sayda qızıl idman ayaqqabısı bir neçə saat sonra tükənib. Onun qiyməti 399 dollar olub.

Bayden həmçinin Trampın səhifəsində yayımlanan "vahid Reyx"dən bəhs edən videoya görə Trampı "Hitler dili"ndən istifadə etməkdə ittiham edib.

"Bu, Amerikanın deyil, Hitlerin dilindən istifadə edən eyni adamdır", deyə Bayden bildirib.

Söhbət Trampın "Truth" sosial şəbəkəsində dərc etdiyi videodan gedir. Seçki videosunun fraqmentlərindən birində "Vahid Reyxin yaradılması səbəbindən ABŞ sənaye gücü əhəmiyyətli dərəcədə artdı" deyilir. Bu videonun yayımlanması ABŞ-da qalmaqala səbəb olub. Daha sonra video səhifədən silinib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zirəddin Rasimin ölümü ilə bağlı həqiqətləri açdı - "Boğulmayıb..." - Video

Ata 13 yaşlı qızına təcavüz etdi: 18 il həbs olundu

Bakıda sünnət edilən 4 aylıq körpənin ölümü ilə bağlı təfərrüat

Azərbaycanda 2024-cü ildə qız və oğlanlara qoyulan ən populyar adlar məlum olub

Sabah bu rayonların qaz təchizatında məh8dudiyyət olacaq

Lalə Məmmədova: “Hamilə olarkən ərim məni xəbərsiz boşadı” - Video

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirilib

"YouTube"da ən çox dinlənilən mahnılar hansılardır?

Ən çox oxunanalar